“Mançester Yunayted”in futbolçusu Markus Raşford AÇ-2024-ü kənardan izləyə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı “Telegraph” yayıb.
Xəbərə görə, 26 yaşlı hücumçunun indiki performansı yığmanın baş məşqçisi Qaret Sautgeyti qane etmir. Mənbə Sautgeytin ulduz futbolçu ilə bu barədə danışdığını və ona xəbərdarlıq etdiyini vurğulayıb.
Qeyd edək ki, İngiltərə millisi 14 iyun–14 iyul aralığında keçiriləcək qitə birinciliyində Sloveniya, Danimarka və Serbiya ilə birlikdə C qrupunda mübarizə aparacaq.