İngiltərə Premyer Liqası topdaşıyanlara qadağa qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı "The Telegraph" yayıb.
Xəbərə görə, bolboyların oyun zamanı meydan sahiblərinin futbolçularına yardım etməsi yasaqlanıb və bundan sonra oyunçular yaxınlıqdakı topu özləri götürməlidirlər. Topdaşıyanların yerli komandaya köməyinin qonaqlara qarşı ədalətsizlik olduğunu düşünən liqa rəhbərliyinin vəziyyəti bu yolla sığortalamağa çalışdığı vurğulanıb. Mənbə dəyişikliklərdən sonra meydanın hər kənarında 4 top olacağını və bolboyların topları həmin yerə qaytaracaqlarını diqqətə çatdırıb.
Nihat