"Everton"un futbolçusu Cerred Brentueyt karyerasının İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" nəşri yayıb.
21 yaşlı mərkəz müdafiəçisinə "Mançester Yunayted"in elçi düşdüyü bildirilib. Xəbərə görə, MY-nin yeni həmsahibi Cim Retkliff sözügedən oyunçunun gələcəkdə komandanın əsas simalarından birinə çevriləcəyinə əmindir. Mənbə "qırmızı şeytanlar"ın Liverpul təmsilçisinə 93,6 milyon avroluq təklif hazırladıqlarını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 34 matça çıxan Brentueyt 2 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Nihat