Almaniyanın “Bayer Leverkuzen” klubu “böyük beşlik” liqalarının komandaları arasında yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, Leverkuzen təmsilçisi bunu ardıcıl 44 oyunda uduzmamaqla reallaşdırıb.
Sözügedən kollektiv son olaraq UEFA Avropa Liqasının 1/4 final mərhələsində “Vest Hem” ilə səfərdə 1:1 hesablı heç-heçəyə razılaşıb. “Bayer” 2011/2012 mövsümündə ardıcıl 43 matçda uduzmayan “Yuventus”un rekordunu yeniləyib.
Qeyd edək ki, cari mövsüm heç bir oyunda uduzmayan “Bayer” Bundesliqada çempionluğu sona 5 tur qalmış rəsmiləşdirib. Xabi Alonsonun komandası Almaniya Kubokunda finala, Avropa Liqasında isə yarımfinala yüksəlib.