Moskva "Lokomotiv"inin futbolçusu Sergey Pinyayev karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı HITC yayıb.
Xəbərə görə, 19 yaşlı vinger "Mançester Siti", "Çelsi", "Liverpul", "Mançester Yunayted" və "Nyukasl"ın diqqət mərkəzindədir. Sözügedən İngiltərə təmsilçilərindən ikisinin - "Çelsi" ilə "Mançester Siti"nin rus oyunçunu heyətə qatmağa daha yaxın olduqları bildirilib. Mənbə Sergey ilə "Napoli", "Borussiya" (Dortmund), "Bayer Leverkuzen" və "Vilyarreal"ın da maraqlandığını vurğulayıb.
Qeyd edək ki, Pinyayev 2022-ci ildən "Lokomotiv"in uğurları üçün çalışır.