"Barselona"nın futbolçusu Joau Kanselu Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan - səfərdə məğlub etdikləri (3:2) PSJ-yə evdə 1:4 hesabı ilə uduzduqları görüşdən sonra təzyiq və təhqirlərə məruz qalıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı oyunçu bu barədə "Sport.es"ə danışıb:
"Bəziləri sosial şəbəkələrdə həyat yoldaşımı təhqir edir, dünyaya gələcək qızımın ölümünü arzuladıqlarını yazırlar. Əlbəttə, problem yaşayacaqları üçün bunu üzümə deməyəcəklər. Uşağın ölməsini arzulamaq çox ciddi məsələdir. Məni futbolçu kimi tənqid etsinlər, amma ailəm haqqında danışmasınlar".
Xatırladaq ki, Kanselu PSJ ilə matçda qonaqların futbolçusu Usman Dembeleyə qarşı qaydanı pozaraq penaltiyə səbəb olub.