"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi monteneqrolu müdafiəçi Marko Veşoviçi transfer edib. Ötən mövsümün sonunda Varşava "Legiya”sından ayrılan 30 yaşlı sağ cinah oyunçusu yeni komandasında 29 nömrəli formanı geyinəcək.
Monteneqro millisinin də şərəfini qoruyan Marko Veşoviç sağ cinah müdafiəçisi ilə yanaşı, vinger mövqeyində də çıxış edə bilir. "Buduçnost”un yetirməsi 2014/15 mövsümündə İtaliyada "Torino”nun heyətində çıxış edib.
O, karyerası ərzində Monteneqronun "Buduçnost", "Mladost", Serbiyanın "Srvena Zvezda", İtaliyanın "Torino", Xorvatiyanın "Rieka" və Polşanın "Legiya" klublarında top qovub, Monteneqro millisində keçirdiyi 32 oyunda 2 qol vurub.