İspaniya çempionluğunu bir tur əvvəldən təmin edən "Barselona" son turda doğma meydanda "Real Sosyedad"a uduzub (1:2).
Fanat.Az xəbər verir ki, basklar 21-ci əsrdə ilk dəfə “Kamp Nou”da qalib gəlib.
"Real" sonuncu dəfə 1991-ci ildə, Yohan Kroyfun “Barselona”ya rəhbərlik etdiyi vaxt bunu bacarmışdı (3:1). Baxmayaraq ki, "Barselona" həmin mövsüm də İspaniya çempionu olmuşdu.
Çempionatın növbəti turunda “Real Sosyedad” doğma meydanda “Almeriya”nı qəbul edəcək.
Mirağa