XXI əsrin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) açıqlayıb.
XXI əsrin ən yaxşı məşqçilərinin siyahısına Joze Mourinyo başçılıq edir. 226 xalı olan portuqaliyalı mütəxəssis 2001-2020-ci illər üçün dünyanın ən yaxşı baş məşqçisidi.
İkinci pillədə almaniyalı Yoahim Löv qərarlaşıb. Mütəxəssis bu müddətdə 213 xal toplayıb. 3-cü pilləni şotlandiyalı Aleks Ferqyuson və Pep Qvardiola bölüşür. Hər iki mütəxəssisin 183 xalı var.
Qeyd edək ki, siyahıda planetin 15 məşqçisi yer alıb.