"Barselona" sabiq hücumçusu Neymarı geri qaytmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə RAC1 məlumat yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi artıq braziliyalı futbolçunun klubu PSJ-yə də təklif göndərib. İddiaya görə, Neymar da İspaniyaya qayıtmağa razılıq verib. Lakin fransıların ilk cavabı mənfi olub. Klublar arasında anlaşma baş tutarsa, Neymar bu yay keçmiş klubuna geri dönəcək.
Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib. Onun Fransa klubu ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.
Röya