"Neftçi"dən ayrılan futbolu Avroliqada het-trik etdi - VİDEO
"Neftçi”dən ayrılaraq Cənubi Kiprin "Apollon” klubuna keçən Baqali Dabo ötən gecə Avropa Liqası oyununda het-trik edib.
Fanat.Az xəbər verir ki, fransalı hücumçunun komandası I təsnifat mərhələsində Gürcüstanın "Saburtalo” klubu ilə qarşılaşıb. "Apollon”un 5:1 hesabı ilə qalib gəldiyi oyunda Dabo 3 qol vurub.