Avropa Liqasının II turu çərçivəsində D qrupunda "Fənərbağça" doğma meydanda "Olimiakos"u qəbul edəcək.
Fanat.Az "Sporx" saytına istinadən xəbər verir ki, komandanın qapıçısı Altay Bayındır oyundan öncə mətbuat önündə çıxış edib:
"Çox önəmli bir oyuna çıxacağıq. Hər oyun olduğu kimi qarşıdakı görüşə də hazırıq. "Fənərbağça"yıq, rəqibin kim olmasının heç bir önəmi yoxdur".
23 yaşlı qapıçının çıxışının videogörüntüsünü təqdim edirik:
Altay Bayındır: "Biz Fenerbahçe'yiz. Rakibin kim olduğunun önemi yok." pic.twitter.com/QkdaDzS45T
— Sporx (@sporx) September 30, 2021
Xatırladaq ki, oyun bu gün Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Emin Şəmsiyev