Milli məclisin üzvü Aqil Abbas ARB24 kanalında yayımlanan "Oyundankənar" verilişinin qonağı olub.
Fanat.Az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Nant" - "Qarabağ" matçıyla bağlı (2:1) fikirlərini bölüşüb.
Ağdam təmsilçisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin buraxılan ilk qoldakı kobud səhvindən danışan Aqil Abbas milli komandanım üzvünə dəstəyini nümayiş etdirib.
Millət vəkili eyni zamanda, futbolumuzdakı bir sıra ciddi problemlərlə bağlı fikirlərini də bölüşüb: