"Beşiktaş" futbolçusu Berkay Vardarla vidalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı İstanbul klubunun mətbuat xidməti yayıb.
İstanbul təmsilçisi 21 yaşlı dayaq yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
"Beşiktaş"ın yetirməsi olan Berkay cari mövsümün ilk yarısında icarə əsasında Moldova "Şerif"inin uğurları üçün çalışıb.
Qeyd edək ki, Vardar Azərbaycanın U-17 və U-19 millilərinin hərəsində 3 oyun keçirib. O, daha sonra Türkiyənin U-21 millisində 1 matçda iştirak edib.