FİFA prezidenti Canni İnfantino rəhbərlik etdiyi qurumun martda Əlcəzair, Azərbaycan, Səudiyyə Ərəbistanı və Şri Lankada təşkil edəcəyi turnirlərlə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, o, FIFA Seriyası adlanan yarış barədə bunları deyib:
"Üzv assosiasiyalarımız uzun müddətdir ki, dünyanın hər yerindən olan həmkarlarına qarşı özlərini sınamaq istədiklərini bizə deyirlər. Hazırda bunu beynəlxalq matç təqvimi çərçivəsində edə bilərlər. Daha mənalı oyunlar futbolçular, komandalar və azarkeşlər üçün qarşılıqlı əlaqəni təmin edəcək və oyunun inkişafına töhfə verəcək".
Qeyd edək ki, Bakıdakı yarışa millimizlə yanaşı, Monqolustan, Tanzaniya və Bolqarıstan da qatılacaq. Təmsilçimiz Monqolustan və Bolqarıstan seçmələri ilə qarşılaşacaq.