Avropa Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək "Tottenhem" - "Qarabağ" matçında Azərbaycan təmsilçisi dəstəksiz qalmayacaq.
Ağdam klubunun sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, azərbaycanlı azarkeşlər 500-dən çox bilet alıblar.
Bu sayın oyun gününədək artacağı gözlənilir.
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat