21:13 21.11.2024 453

Fağır bir komandaya 20 qol vurmağın ayıbı...

Adətim üzrə hər səhər o başdan saytları izləyərkən bir xəbər diqqətimi çəkdi. Daha doğrusu, onun bu başlığı: "Qəbələ"dən 20:0 hesablı qələbə..."

Xəbərə daxil olub oxudum. Yazılmışdı ki, "Qəbələ" Ağcabədinin "Olimpiya" komandası ilə yoxlama matçı oynayıb və rəqibinin qapısından nə az, nə çox, düz 20 cavabsız qol keçirib.

Məlumatı əvvəlcə klubun özü yayıb. Özü də çox bəh-bəhlə... Amma məsələ heç xəbərin yayılmasında da deyil. Əslində klub 20:0 hesabı ilə qalib gələndə də xəbər yaymalıdır, lap elə 0:20 hesabı ilə uduzanda da. Məsələ "Qəbələ" komandasının, onun gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadzenin fağır bir komandanın qarşısında əjdahaya, insafsıza dönməsidir.

Halbuki Sxadadze həm mənəvi, həm də peşəkarlıq baxımdan bu oyunla bağlı kobud səhvlərə yol verib. 

Əvvəl başlayım işin mənəvi tərəfindən ki, Ağcabədinin komandası niyə fağır komandadır? O səbəbdən ki, "Olimpiya" bir ilin komandası ola, ya olmaya. Özü də pulu-parası olmayan, 10-15 kasıb azərbaycanlı balasının çıxış etdiyi həvəskar kollektivdir. Yəni onun oyunçuları "Qəbələ"nin peşəkar futbolçuları qədər 4 rəqəmli maaş da almırlar. Ailələrini dolandırmaq üçün məcburdurlar futboldan kənar başqa işlərlə də məşğul olmağa. Bəlkə də aralarında ofisiantı, fəhləsi, dülgəri də var, deyə bilmərəm.

Amma Ağcabədi rayonuna bələdəm və bilirəm ki, burada son 1-2 ilə qədər futbol hardasa 80-ci illərin sonları, 90-cı illərin əvvələrində olmuşdu. Bir matçı canlı izlədiyim də xatırimdədir. Stadionun tribunaları tam dolmuşdu. 3 min, ya 4 min azarkeş olardı. Yəni Ağcabədi futbol ənənəsi olmayan bir rayon olsa da, orada futbola həvəs, maraq olub. Bunun nəticəsində də indi ilkin mərhələdə həvəskar səviyyədə bir komanda yaradılıb.

Belə komandanın maddi dəstəklə yanaşı, həm mənəvi dəstəyə ehtiyacı var. Məsələn, komandanın bu vəziyyətdə 20, nəinki 20, 3-5 topa da ehtiyacı var, amma 20 qola əsla. 

Lakin fikir verin, Kaxaber Sxadadze və onun bir çox futbolçusu Ağcabədinin həvəskarlardan ibarət futbolçularını görəndə çönüb olublar, görməmiş. Qol görməmişi. 

Özü də rəsmi əhəmiyyət daşımayan yoxlama matçında. Sxadadze üçün bu hesab heç nə ifadə etməyə bilər. Amma futbolla həvəskar səviyyədə məşğul olan "Olimpiya" komandasının gənc üzvlərində mənəvi travma qoya bilər. 

Necə deyərlər, özündən qat-qat gücsüz, qarşında əlacsız qalmış rəqibə 20 yox, 5-6 qol da vurmaq olardı, bunu futbolçuya da sözlə başa salmaq mümkün idi.  

Sonda qısaca işin peşəkar tərəfinə də gəlim. Əgər bir rəqib səndən 20 qol buraxırsa, deməli, yoxlama matçı üçün komanda seçimində səhvə yol vermisən. Ümumiyyətlə, "Qəbələ" kimi bir klubun - hətta o, birinci liqaya düşübsə belə - çox zəif həvəskar bir komanda ilə yoxlama oyunu keçirməsi onun imicini zədələyən, gələcək rəsmi nəticələrində birbaşa təsir edəcək faktordur. Bu fikirləri elə oyunun hesabı da təsdiq edə bilər. Yəni 20:0 hesabı ilə udduğun komanda sənin futbolçularının, qurduğun taktikanın güclü və zəif tərəflərini necə göstərə bilər?!

Kaxaber Sxadadze kimi yaxşı futbol məktəbi keçmiş bir peşəkarın rəqib seçimində belə səhv etməsi, yumşaq desəm, təəccüb doğurmaya bilməz.

Yeri gəlmişkən, görünür, iş prosesində bilinən və bilinməyən bu və digər səhvlərin ucbatındandır ki, Sxadadze gələndən sonra "Qəbələ" daha da geri getməyə başladı, axırda da Premyer Liqadan birinci liqaya düşdü.

Hazırda isə komanda 1-ci liqada 2-ci yerdədir. 7 oyuna isə 13 qol vurub. 

7 oyuna 13 qol.

Fağır komanda ilə oyunda isə 1 oyuna 20 qol vurublar. Bu, qəhrəmanlıq deyil, əlbəttə.
 
O 20 qoldan çox yox, cəmi 1 dənəsi "Zaqatala" və "İmişli"nin qapısına vurulsa idi, "Qəbələ" indi birinci liqada 1-ci yerdə idi.

Bəli, pulu, şəraiti, peşəkar futbolçusu olmayan bir yazıq komandanın öz qapısından 20 qol buraxması, ayıb deyil. Necə deyərlər, kişinin başına iş gələr.

Amma 5 ulduzlu meydanlarda məşq edən, yaxşı futbolçuları, yaxşı büdcəsi (1-ci liqada digərləri ilə müqayisədə) olan bir komandanın hələ də 1-ci liqada lider mövqeyində olmaması, bax, bu, bir ayıbın tablosudur. 

Müəllifi də Kaxaber Sxadadzedir.

Aydın Bağırov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2025
12:19

"Turan Tovuz"dan 30-cu heç-heçə

11:50

Yüksək Liqa: "Bürünc" uğrunda ilk duel olacaq

11:25

İki futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ

10:59

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

ABL: "Abşeron"la "Naxçıvan"ın pley-off sınağı

09:56

"Real"ın sabiq ulduzu Rüdigeri axmaq adlandırdı

09:30

MPL: "Sabah" autsayderə, "Qarabağ" "Neftçi"yə qarşı - YENİLƏNİR

09:00

"Traktor" 3 xalı 3 qolla qazandı

01:03

İspaniya La Liqası: "Espanyol" evdə sevindi

00:43

Liqa 1: "Nant" evə xalsız qayıtdı

00:18

Türkiyə Super Liqası: "Qalatasaray"dan inamlı qələbə

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

21:11

"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

20:56

MPL: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi

20:18

"Mançester Siti" "Yuventus"un iki futbolçusunu aparır - MƏBLƏĞ

19:53

"Qələbəyə vaxtından çox tez inandıq" - "Olimpik Lion"un baş məşqçisi

19:26

"Futbolçularımla qürur duyuram" - Angelos Postekoğlu

18:45

I Liqa: "Qəbələ" uduzdu, çempionluğu ertələndi

18:19

"Çelsi"nin baş məşqçisi Polşa klubuna məğlubiyyəti belə dəyərləndirdi

17:51

AFFA "Turan Tovuz"un Berdiyevlə bağlı şikayətini təmin etdimi? - AÇIQLANDI

17:28

"Buraxdığımız iki asan qola bəraət qazandıra bilmərik" - Kukurelya məğlubiyyəti şərh etdi

17:09

"Bu, həyatımın ən yaxşı oyunu idi" - Leni Yoro

16:51

Lionel Messi uşaqlarının sevdiyi futbolçuların adlarını açıqladı

16:32

"Dəlisov qarşılaşma idi" - MY-nin qələbə qolunun müəllifi

16:13

Yay Olimpiya Oyunlarının qalibi 21 ay müddətinə diskvalifikasiya edildi

15:52

Almaniya klubu 38 yaşlı futbolçu ilə müqavilə yenilədi

15:35

"Avropa turnirinin yarımfinalına yüksəlmək böyük uğurdur, amma..." - "Tottenhem"in qapıçısı

15:17

"Bu ilki reallaşdırmaq istəyirəm" - Avropa çempionu Nihat Məmmədli

14:39

Kayl Uoker "Mançester Siti"yə qayıdır? - "Milan" qərarını verdi

14:20

“Pley-offda “Neftçi” ilə oyunun maraqlı və şən keçəcəyini düşünürəm”

14:02

"Mançester Yunayted"in yetirməsi 36 yaşında vəfat etdi

13:43

UFC: Bakıda keçiriləcək turnirdə iştirak edəcək rusiyalı idmançıların adları bilindi

13:24

"Şəki"nin kapitanı ən dəyərli oyunçu seçildi

13:06

"Səbail" "Sabah"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

12:47

İspaniya Çempionlar Liqasında 5 komanda ilə təmsil olunacaq

Facebookdan bizi izləməyi unutmayın.
X