10:24 29.04.2021 1290

Vüqarın səhvi, Samirin bəhsi və Qatır Məmməd

Vaxt gələcək, futbolda qaydalar təkmilləşdiriləcək. Elə olacaq ki, futbolçular qalib gəldikləri oyunlarda bilərəkdən vaxtı uzatmayacaqlar - kimisi ayağını qaldırıb əzələsinin dartıldığını, kimisi qolunun ağrıdığını, kimisi sancılandığını bəhanə gətirməyəcək. Çünki bunun heç bir mənası olmayacaq. Hakimlər vaxtı saxladıqlarını işarə etməyəcəklər, həkimlər əziyyət çəkib boşuna meydana daxil olmayacaqlar. Məğlub komandanın məşqçiləri rəqib futbolçuların vaxtı uzatmaq üçün etdikləri artistliyə hirslənməyəcək, hakimi günahlandırmayacaq, qışqır-bağır salmayacaqlar. Sanki futzaldakı kimi. Vaxt gələcək ötən bazar Premyer Liqada keçirilən "Sabah" - "Neftçi" matçı da yada düşməyəcək. Hansıki indi idman mediasının əsas mövzusuna çevrilib...

Çempionluq uğrunda yarışan "Neftçi" məlum məsələdir ki, bu oyuna 3 xal üçün çıxmışdı. Amma 1 xalla kifayətlənməli oldu. İtirilən 2 xal kimin adına yazılmalıdı? Baş məşqçi Samir Abasovun, futbolçuların, yoxsa oyunun hakimi Vüqar Həsənlinin? Doğrudur, referi matçın gedişində bir sıra səhvlərlə yadda qaldı. Onlardan ikisi matçın yekun nəticəsinə təsir edən səhv idi. Birincisi 35-ci dəqiqədə hesab 2:0 meydan sahiblərini xeyrinə olarkən onların qapısına təyin olunan penalti. Epizodun videotəkrarını izlədikdə Bəhlul Mustafazadənin Namik Ələsgərova qarşı etdiyi qayda pozuntusunun cərimə meydanından kənarda olduğunu görərik. Daha dəqiq, "duqa"da. Bu məqamda yan xətt hakimi Kamran Bayramovun da səhvi olduğunu demək lazımdır. O, xətti daha aydın görməli və referiyə dəqiq məlumat verməyə borclu idi. İkinci kobud səhv 65-ci dəqiqədə hesab 2:2 olarkən "Neftçi"nin vurduğu, amma sayılmayan qolu idi. Bu dəfə digər köməkçi Vüqar Bayramov referini pis vəziyyətdə qoydu. Yekun qərar Vüqara aid olduğundan məsuliyyət onun üzərinə düşür. Elə "söyülən" də o oldu.

Matça "qırmızı rəng" qatan epizodlara gəlincə, Vüqar Həsənlinin göstərdiyi bütün "qırmızı"lar yerində verilmiş qərarlar idi. Hakim istər Bəhlul Mustafazadəni, istər Filip İvanoviçi, istərsə də Təmkin Xəlilzadəni meydandan qovmaqda haqlı idi. Yəni, adıçəkilən futbolçuları kobud və ya əllə oyuna görə cəzalandırdı.

"Sabah" - "Neftçi" matçı başqa neqativ məqamlarla da yadda qaldı. Məsələn, "Neftçi"nin baş məşqçisi Samir Abasovun oyunun gedişində və matçdan sonra aqressiv davranışı. Kimliyindən asılı olmayaraq, məşqçi belə hərəkətlərə yol verməməlidir. Ələlxüsus da "Neftçi" kimi böyük ənənələrə malik klubun məşqçisi. S.Abasov oyun başa çatar-çatmaz "Sabah"ın rəsmiləri ilə münasibətləri aydınlaşdırmaq istədiyi an da kameralardan yan keçmədi. Burada kimi günahkar olub-olmadığını deyə bilmərik. Amma bir şey dəqiqdir - "Sabah" rəsmiləri S.Abasovla mübahisəyə girişdiklərinə görə mütləq cəzalandırılmalıdırlar. Abasova gəlincə, mübahisədən çox 10 (7) dəqidədə 9 (8) nəfərə qarşı qol vurmamağın günahı Vüqar Həsənlidə deyil, başda baş məşqçi olmaqla qonaqların özündədir. 

Deyəsən, "Neftçi"nin baş məşqçisinin qəzəbi oyunsonrası keçirilən mətbuat konfransında da soyumamışdı. Hakimlikdən, əsasən də rəqib komandanın qapıçısı Saşa Stamenkoviçin hərəkətlərindən gileylənən S.Abasovun dediyi "Sabah"ın qapıçısını illərdir tanıyırıq. Vaxtı uzadır, ver "qırmızı"nı, rədd elə" ifadələri məşqçinin, futbol mütəxəssisinin jarqonuna uyğun sözlər deyildi.

Yeri gəlmişkən, oyunun protokoluna nəzər saldıqda "Sabah"ın baş məşqçisi Ramin Quliyevin də oyundan sonra qeyri-idman hərəkəti etdiyi üçün xəbərdarlıq aldığı məlum olur. Düzü, bu oyunda "təpik" daha çox "Sabah"a dəysə də, Ramin Quliyev özünü çox təmkinli aparırdı. Üstəlik, oyundan sonra da özündən çıxan həmkarını sakitləşdirməyə çalışırdı. Görəsən, səbirli olmağı və mədəniyyəti ilə tanınan Quliyev hansı qeyri-idman hərəkəti edib? 

Təmkin demişkən, Təmkin Xəlilzadə yadıma düşdü. Millimizin futbolçusunun meydandan qovulduğu epizodda özünü çılğın aparması da başqa bir mövzudur. Günahkar olmadığını sübut etməyə çalışan Təmkin adına tərs mütənasib hərəkətlər etməklə hətta az qala, Vüqar Həsənlini vuracaqdı. Yaxşı ki, sonda bir qədər təmkinli oldu.

Vaxt gələcək futbolda qaydalar təkmilləşdiriləcək. Məşqçilər də komandasının qalib gəldiyi oyunda vaxt aparmaq məqsədilə "90+"də əvəzləmə etməyəcəklər. Vüqar Həsənli hakimliklə vidalaşacaq, bu oyunu yada salmaq istəməyəcək. Nəvələrinə səhvsiz hakimlik etdiyi oyunlardan danışacaq. "Neftçi" çempion olacaq. Samir Abasov da "Neftçi"də qalmayacaq, "flaqman"dan savayı neçə-neçə komandanı çalışdıracaq, mətbuat konfranslarında özünü əsl məşqçi kimi aparacaq, heç kimi təhqir etməyəcək. Bu oyunu heç xatırlamayacaq da. 

Vaxt gələcək Premyer Liqamızda komanda sayı artacaq, futbol gözəlləşəcək, millimiz uğur qazanacaq... Sonuncu abzası qələmə alanda "Gəncəbasarlı qisasçı" filmi və filmin axırında deyilən sözlər yadıma düşdü: "14 gün sonra Azərbaycanda sovet hakimiyyəti quruldu, Qatır Məmməd o günü görmədi".
 
P.S. Yazı İntizam Komitəsinin son qərarları açıqlanmamışdan əvvəl qələmə alınıb.
 
İlqar TAĞIYEV, 525-ci qəzet
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 Yanvar 2022
14:45

"Qarabağ" ikinci qolu buraxdı - CANLI YAYIM

14:37

"Azərreyl" UNEC-ə qarşı

14:21

FİFA qaydaları dəyişdi: Məhdudiyyətlər olacaq

13:50

Cüdoda yeni qaydalar

13:32

"Bunu ilk mən edə bilərəm" - Olimpiya mükafatçısı

13:14

ÇSKA tənqid olundu: "Elə bil kluba yox, əxlaqsızlıq yuvasına dəvət edirlər"

12:52

Ronaldunun rekord arzusu

12:33

"Qalatasaray"ın sabiq prezidenti vəfat etdi

12:15

Günün oyunları bu kanallarda - AFİŞA  

11:58

Millinin oyununda himni 3 dəfə yalnış səsləndirdilər - VİDEO

11:42

Yığmalarımız dünya reytinqində irəlilədi

11:27

Günün transfer xəbərləri: 18 yaşlı şotland 6 klubun diqqətində, Manqala Fransada

11:10

Şahmatçımızdan Çexiyada daha bir qələbə

10:54

"Qəbələ"nin Antalyada ikinci sınağı

10:34

"Tata Steel Masters": Şəhriyar Məmmədyarov autsayderə qarşı

10:20

Generalın həbsdə olan qardaşı ilə bağlı yeni qərar - Cəzası ağırlaşdırıldı

09:00

Kim gəlir, kim gedir - YENİLƏNİR

08:00

"Görürəm ki, susmaqla səhv etmişəm" - Usman Dembele

02:11

La Liqa: "Qranada" evdə coşdu

01:43

Dioqu Jota "Liverpul"u finala daşıdı

00:51

Afrika Millətlər Kuboku: Fil Dişi Sahili və Mali pley-offda

20 Yanvar 2022
23:37

Türkiyə Super Liqası: "Qalatasaray" yenə uduzdu

22:56

Dünya Kuboku Azərbaycanda keçiriləcək

21:45

"Tata Steel Masters: Məmmədyarov turnirin son qalibini yenib lider oldu

21:39

İtaliya təmsilçisi yeni baş məşqçiyə tapşırıldı - RƏSMİ

21:13

"Oyunumuzun keyfiyyətini artırmaq istəyiriksə..." - Rəşad Sadıqov

20:04

"Sabah" "Zarya" ilə qollu bərabərliyə razılaşdı

19:45

Güllə atıcımız Xorvatiyada gümüş medal qazandı

19:20

İndoneziyalı legionerimizi 1/4 finala buraxmadılar

19:09

16 oyuna 18 qol vuran hücumçu "Barselona"ya təklif edildi

18:46

"Zirə"dən əzmkar heç-heçə

18:29

"Lill" məşhur hücumçunu heyətinə qatdı

17:38

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

17:19

CAS-dan Nurlan İbrahimovla bağlı yeni qərar

16:50

"Neftçi" yeni qapıçı ilə anlaşdı

16:31

Artetadan tənqidlərə sərt cavab: "Niyə yalan danışmalıyıq ki?!"

16:13

"Neftçi" panamalı hücumçu barədə nə qərar verdi?

15:50

Sükan arxasında kök yeyən Holand - VİDEO

15:32

"Neftçi" futbolçusu ilə vidalaşır? - Klubdan açıqlama

15:16

Azərbaycan çempionatının mükafat fondu 22 min manat olacaq

Facebookdan bizi izləməyi unutmayın.