Misli Premyer Liqasının 31-ci turu çərçivəsində “Zirə” öz meydanında “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, qonaqların baş məşqçisi Vaqif Cavadov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb:
“Çox yaxşı komandaya qarşı mübarizə apardıq. “Zirə” 2-ci yerdə möhkəmlənmiş komandadır. “Sumqayıt” da bu matçda yaxşı futbol nümayiş etdirdi. Futbolçularıma təşəkkür edirəm. Hər iki komanda futbol oynadı. İnanıram ki, komandamız bu cür oyunla, belə komandalara qarşı daha da möhkəm olacaq. Növbəti matçlarda da belə oyun olmasını istəyirəm. “Zirə”yə uğurlar arzulayıram. Çətin oyunlarımız var. Qarşıdakı matçlara hazırlaşacağıq.
Heç kim istəməzdi ki, oyuna 6-7 dəqiqə qalmış belə səhv olsun. Biz də ikinci hissədə üstünlüyü ələ keçirmişdik. Belə epizodda səhv buraxdıq. Futboldur. Yerli və ya əcnəbi olsun, mənim üçün hamısı eynidir, hamısına güvənirəm. Ümidvaram ki, növbəti oyunlarda belə səhvlərə yol vermərəm. Meydanda nə etmək istədiklərini yaxşı bilirlər. Növbəti oyunlarda daha yaxşı oynayaraq epizodlarımızı qola çevirərik”.