16:56 30.06.2018 1839

İngilis fanat: "İndi Tofiq Bəhramovsuz oynamaq lazım gəldiyini anlamalıdılar"

İngiltərənin 75000 azarkeş tutumuna malik "Uembli" stadionuna dünya çempionatının qrup oyunları yekunlaşandan sonra baş çəkmək qərarına gəldim. Səhər yeməyindən sonra yolumu ordan saldım. 

Londonlu azarkeşlərdən bir neçəsi ilə mundial haqda danışmağa həvəsliydim. Stadionun əsas girişində 1966-ci ilde dunya cempionluğunu qazanmış ingilislerin kapitani Bobbi Murun heykəli önündə göz yaşları içində bir əngəlli azarkeş gördüm. 

- Adınız? 
- Erren Sallih. 

- Hansı komandanın azarkeşisiniz? 
- Əlbəttə ki, İngiltərənin. İndi klublardan danışmağa belə dəyməz.

-  Komandanızın Rusiyadakı çıxışı qane edir?
- (Cib dəsmalı ilə yanağındakı yaşı silib gülümsəyir) Ağladığıma baxmayın. O qədər də pessimist adam deyiləm. Əfsanəvi kapitanın ruhuyla danışırdım. Fırtına kimi əsə bilməsələr də, qəzaya uğramayıblar. Hələ əsas döyüş irəlidədi.

- Elə düşündüm ki, Belçikaya yenilgiyə görə göz yaşları tökürsüz...
- Lənət şeytana... Yox... Nədənsə kövrəldim.



- 0:1 hesablı yenilgi ümidləri vaxtından əvvəl saraltmayıb?
- Məncə, bu sillənin daha çox faydası dəyəcək. Bizim komanda yalnız məsuliyyəti üçqat artıracağı halda uğur qazana bilər. Belçika dünya çempionatının hansı səviyyədə turnir olduğunu hamımıza xatırlatdı.

- Bəs uğur sizin üçün hansı nəticə olacaq?
- Çempion olmasını istəyərdim. Ancaq gözləntilərim yarımfinala yüksəlmələridi. Realist olmaq lazımdı. İndiki İngiltərənin çempionluq potensialı yoxdu. Murun kapitan sarğısını daşıdığı dönəm olsaydı, başqa məsələ...

- O vaxt sizin ölkənin çempionluğunda əsas rol oynayan yan xətt hakimi Tofiq Bəhramovun hansı ölkədən olduğunu bilirsiz?
- Ona sonsuz hörmətim var. Tofiq Bəhramovu tanımayan ingilis fanat saxta fanatdı. Azərbaycandandı. Haqqında oxumuşam. Həmin finalda Rusiyanı təmsil edirmiş.

- SSRİ-ni. Belə desək, Rusiyanın işğal etdiyi ölkələrdən yaratdığı ittifaqı.
- Tamamilə doğrudu. İndi Bəhramovsuz oynamaq lazım gəldiyini anlamalıdılar. Bəs siz hardansız?

- Sizə yeganə çempionluq yolunda dəstək olan hakimin vətənindən.
- İşə bir bax. Doğrudan?



- Bəli.
- (Üzünü heykələ sarı çevirir) Eşidirsən, kapitan. Ədalətin əsl təmsilçisinin vətənindən gələn var... Axmaq olduğumu düşünməyin. Bu məndə adət halını alıb. Bura tez-tez gəlirəm. 

- Bəs hansı komandanı favorit gorürsünüz? 
- Ən çox İspanyanı. Ancaq hərdən içimdəki hisslər hansısa sürpriz komandanın meydana tarix yazacağını deyir. Amma qalib kim olursa olsun, təmiz oyuna baxmaq isteyirik.

Erenle Azerbaycan futbolu haqda soruşanda "bəli, sizin milli komandanızın keçirdiyi oyunlara da baxmışam. Ölkəmizdə kifayət qədər Tofiq Bəhramova simpatyası olan futbol azarkeşləri var. Bir dəfə Şimali İrlandiyanı Bakıda məğlub etdiyinizi də dəqiq xatırlayıram” cavabını aldım. Yaxınlıqdakı kiçik və rahat kafedə hərəyə bir fincan çay içib bir qədər də gündəlik həyatdan danışdıq. Vidalaşıb ayrıldıq. 

Öncal Mədəstsoylu
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X