Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubu Premyer Liqada növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Kostanay təmsilçisi "Aktobe"ni qəbul edib. Oyun "Tobol"un qələbəsi ilə yekunlaşıb - 2:1.
Start heyətində yer Emil sonadək meydanda olub. Qolkiper 89-cu dəqiqədə öz səhvi nəticəsində qapısından top buraxıb.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Tobol" 2-ci pillədə qalıb. Kostanay təmsilçisi 9 qol vurduğu halda qapısından cəmi 2 top buraxıb. Turnir cədvəlinə eyni xala malik "Astana" başçılıq edir.
Fanat.Az