17:57 22.05.2019 1631

"Çelsi"nin baş məşqçisi: "Bakıdakı finalda qələbəyə layiqik"

"Hazırda yalnız növbəti həftə haqqında düşünürəm. Finaldan sonra klubdakı gələcəyimi müzakirə edəcəyəm”.

Bunu İngiltərənin "Çelsi” komandasının baş məşqçisi Mauritsio Sarri Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ərəfəsində Londonda təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, klubla 2 illik müqaviləsi var və İngiltərədə işini davam etdirməyə şad olar. Onun sözlərinə görə, final üçün Bakıya getmək "Çelsi” azarkeşləri üçün çətindir: "Adətən, "Arsenal”la matçlarda hər iki komanda açıq futbol sərgiləyir. Belə vəziyyətdə zədəli Ruben Loftus-Çik faydalı ola bilərdi. "Arsenal”ın yaxşı hücumçuları var. Ancaq hesab edirəm ki, qələbəyə layiqik və titul qazanmaq istəyirik. Yanvarda problemlərimiz vardı. Lakin onların öhdəsindən gəlməyimizdən razıyam. Qələbəni bütün futbolçular, texniki işçilər, klub üçün istəyirəm". 

Çox yaxşı mövsüm keçirdiklərini deyən Sarri ümumilikdə 2-3 oyunda pis çıxış etdiklərini vurğulayıb: "Premyer Liqanı 3-cü sırada bitirdik və Liqa Kubokunda finala qədər gəldik. İndi bizim Avropa Liqasının finalında oynamaq imkanımız var. Qalib gəlsək, bizim üçün çox gözəl mövsüm olacaq. "Çelsi” Premyer Liqa vasitəsi ilə Çempionlar Liqasına vəsiqə qazanıb. Amma "Arsenal” ora düşmək üçün Avropa Liqasını qazanmalıdır. Belə vəziyyətdən bizim rəqibdən daha az motivasiyamız ola bilər. Amma rəqib də üzərindən bizdən çox təzyiq hiss edəcək. Yəni, bu məqamın hər iki tərəf üçün müsbət və mənfi tərəfləri var”.

Baş məşqçi zədəli dayaq yarımmüdafiəçisi N Qolo Kantenin durumuna da toxunub. O, Fransa yığmasının futbolçusunun finalda iştirakına ümid bəslədiyini və optimist olduğunu söyləyib. Sarri Loftus-Çikin 5 aydan sonra məşqlərə başlayacağını vurğulayıb: "Ruben bizim üçün çox cavib futbolçudur. Yəqin ki, Avropanın ən yaxşı yarımmüdafiəçilərindən biri olacaq. O, 5 aydan sonra məşqlərə başlaya bilər".

Qeyd edək ki, "Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi "Arsenal” ilə qarşılaşacaq. (Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

Facebookdan bizi izləməyi unutmayın.
X