"Tobol" Qazaxıstan Premyer Liqasının XV turunda doğma arenasında "Okjetpes" üzərində 2:0 hesablı qələbə qazanıb.
Fanat.az xəbər verir ki, oyundan sonra "İnstat" şirkəti matçın statistik göstəricilərini açıqlayıb.
"Tobol"un qapıçısı Emil Balayev reytinqdə ikinci sırada qərarlaşıb. Qolkiper qapıya 4 zərbə dəf edib və 23 dəqiq ötürmə verib.
Qeyd edək ki, "Tobol" 35 xalla turnir cədvəlində 2-ci sırada qərarlaşıb.
Fanat.az