16:50 21.03.2020 1657

Təbiətin antivirusu

Nihat Ağasoy  

Elmi Texniki Tərəqqinin indiki duruma gəldiyi, insan övladının başqa planetlərdə yaşam izi aradığı bir vaxtda koronavirus pandemiyasının "sözünü deməsi” acı və düşündürücü reallıqdı. Hamı kimi mən də mövcud bəla barədə mümkün qədər çox informasiya almağa çalışmışam. Şübhəsiz, müəyyən qənaətlərim var. Bütün hallarda yaşamın axarına ciddi təsir etmiş "CoVid-19" haqda həkimsayağı danışmaq niyyətindən çox uzağam.

Hərdən koronavirusun insan tərəfindən laboratoriya şəraitində hazırlanması ehtimalını rədd edirəm. Mənə elə gəlir ki, bu elə elm adamlarının təbiət, deistlərin Yaradan, müsəlmanların Allah adlandırdığı qüdrət sahibinin öz əməlidi. Belə desək, yerin bağrını dələn, göyün bağırsağını sökən bəşərə kimin kim olduğunu göstərmək istəyib. Başqa sözlə, Yer planetinin ən qorxulu virusuna çevrilmiş məxluqlara qarşı antivirus hazırlayıb.

Bu gün bir ölkədən digərinə uçan uçaqların, bir limandan başqasına üzən sərnişin gəmilərinin sayı 1 ay öncəkindən neçə dəfə azdı? Atmosferə buraxılan zəhərli qazlar prizmasından yanaşsaq, ana təbiət özünü qismən təmizləməyə, çoxdan pozulan bioloji balans bir hovur nəfəs almağa imkan tapıb. Sabah necə olacağı haqda dəqiq proqnoz vermək çətindi. Bəlkə də pandemiyaya istilər düşəndən sonra da son qoyulmayacaq. Bəlkə də sərhədlər aylarla bağlı qalacaq...

Bədbinliyə qapılmayın, "bəlkə”ni əkiblər, bitməyib. Yuxarıda həkimsayağı yanaşmadığımı vurğuladım axı. 
 
Dünya idmanının hansı duruma düşdüyü bəlli gerçəklikdi.

İndi AFFA-nın baş katibi və vitse-prezidenti Elxan Məmmədov da bağ evində oturub idman geyimində top çiləyir. Əlbəttə, AFFA-da tökülüb qalan işləri sahmana salmağa çalışmaq artıq "vəzir”in özbaşına verə biləcəyi qərar deyil.  "Evdə qal” aksiyasına qoşulduğu, nümunəvi vətəndaşa bənzədiyi üçün Məmmədova "bravo” deyirəm.  Etiraf edim ki, çöhrəsindən hər zaman diplomatik təbəssüm ələnən Elxan bəyin son videodakı darğınlığından özüm də bir qədər pəjmürdə olmuşam. 
 
Hə, dünya idmanının, eləcə də futbolunun hazırkı durğunluq dönəmində aldığı zərbə ağlasığmaz dərəcədə böyükdü. AFFA-nın uğursuz siyasəti fonunda Azərbaycan futbolunun düşdüyü durum isə daha acınacaqlıdı. Planetin bütün federasiyaları, assosiasiyaları, lap elə UEFA-nın özü də vəziyyət sabitləşəndən sonra (ən yaxşısına ümid edək) normal fəaliyyətə bir addım geridə başlayacaqlar. AFFA isə Məmmədovsayağı baş məşqçi axtarışları, "top-top” və "toplantı-toplantı” oyunları üzündən bir yox, iki addım geridən irəli sürünməyə çalışacaq. Başqaları bəladan qurtulub yeridiyi halda, bizimkilər Millətlər Liqasının oyunlarına doğru iməkləməyə cəhd edəcək.

Yanvarın 28-dən koronavirus pandemiyası qlobal təhlükəyə çevrildiyi tarixə qədər toplaşa bilməyən İcraiyyə Komitəsini (İK) bir araya gətirmək var, İtaliyada qalan mütəxəssisin ölkəsindəki xaosu nəzərə almaq var, neftin qiymətinin bu dərəcədə ucuzlaşmasından irəli gələn maliyyə təhlükəsi var.

... Koronavirus qocalar, canlı orqanizm olaraq həyatda qalmağa çətinlik çəkən xəstələr üçün daha təhlükəlidi.  Gündəmdən düşməyən infeksiya həyat yarışında uğur qazanmaq şansı az olanların qorxulu yuxusudu.  Fevralın ilk 10 günlüyündə görməli olduğu işləri yubatdığına, ötən il baş verənlərdən düzgün nəticə çıxara bilmədiyinə görə AFFA "COVİD-19”-a qocalar və xəstələr kimi reaksiya verir.  

Siz sağ, biz salamat, sadaladığım məqamların hansı problemlərə yol açacağını birlikdə görəcəyik. Təki salamatçılıq olsun.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X