13:20 19.05.2020 1041

"Neftçi" çempionatın bərpasını istəmir?

Klublar Komitəsinin mayın 13-də baş tutan videokonfransından sonra bir neçə klubun, o cümlədən "Neftçi”nin də Premyer Liqanın bərpasına qarşı çıxdığı barədə xəbərlər yayıldı.

Sonradan etirazçılardan birinin "Sumqayıt” olduğu üzə çıxsa da, "ağ-qaralar”la bağlı suallara aydınlıq gəlmədi. Məntiqlə, Bakı təmsilçisinin çempionatın bərpasını istəməməsi yetərincə inandırıcıdı. "Niyə”si haqda çox düşünməyə belə, ehtiyac yoxdu. Ən sadə tutarqalar üzərində dayansaq, yetər. 

"Xalq komandası” uzun müddətdi çempion ola bilmir. Yəni "Sumqayıt”ı Bakı klubuna məlum şəkildə dəyişən Kamran Quliyev və "drujina”sı əsas hədəfin öhdəsindən gəlmir və ya komandasının gücünə inanmır. Baza tikintisini əldə bayraq edən səriştəsiz rəhbərliyin mövsümün sonunda "yuxarılar”a hesabat verəcəyi də bəlli məsələdi. Düzdü, "Neftçi” nəzəri şanslarını itirməyib. Hələ qarşıda lider "Qarabağ”la oyunu da var. Amma son dönəmlərə diqqət yetirsək, "ağ-qaralar”ın qarşıdakı 8 turda 8 xallıq fərqi qapayacağına klub idarəçiləri özləri də inanmır. Belədə, videokonfransa qatılan Kamran bəyin çempionatın qalan matçlar oynanılmadan yekunlaşdırılmasını arzuladığını təxmin etmək olar.

Təbii, Premyer Liqa davam etdirilməyəcəyi təqdirdə, Quliyevi sıxma-boğmaya salan olmayacaq. Lap "Neftçi”nin himayəçisi növbəti uğursuzluğun səbəbini soruşsa da, "biz çempion olacaqdıq, çempionat dayandırıldı” bəhanəsi həqiqətə bənzəyəcək. Uğurlu çıxış yolu olar, deyilmi?

Əlbəttə, bu və buna bənzər versiyalar çoxdu. Klubun rəsmi mövqeyini işıqlandırmaq isə vacibdi. Bakılıların sözçüsü Rütəm Allahverdiyevlə əlaqə saxladıq. "Ağ-qaralar”ın rəsmisi belə danışdı:

"Biz çempionatın dayandırılmasının yox, davam etdirilməsinin tərəfdarıyıq. "Neftçi” Premyer Liqanın yarımçıq yekunlaşdırılmasını istəmir. Bəli, klub prezidenti Kamran Quliyev videokonfransda özü şəxsən iştirak edib. Ancaq ölkə birinciliyinin qalan matçlarının keçirilməsinə qarşı çıxmayıb”.

Əli Sahib
Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X