09:00 14.06.2020 1438

Cavadovun bayraqlı həmləsi

Yerli futbolun "qaymaqlar”ının aqibəti göz qabağındadı. Əlbəttə, özlərində də günah var. Amma bu gün Kamran Ağayev, Vaqif Cavadov, Vüqar Nadirov, Elvin Məmmədov kimi adların karyeralarını bitirmədikləri halda, klubsuz qalmalarının ana səbəbkarı AFFA-nın yürütdüyü yanlış siyasətdi.

Niyəsi haqda çox şey yazmaq olar. Qısaca deyim ki, milli assosiasiyada milli ruh anlayışı kölgədədi və bu, getdikcə inkişaf etmək əvəzinə zəifləyən yığmanın əsas problemlərindən biridi. 

Vitse-prezident Rauf Əliyevin çoxdan lətifələşən "Berlin Akademiyası”nın, icraçı vitse-prezident Elxan Məmmədovun kurasiyasında olan "AFFA Akademiyası”nın aqibətindən hamının xəbəri var. Futbolçu yetişdirmək, milli üçün futbolçu bazası hazırlamaq missiyasını müxtəlif vaxtlarda öz üzərinə götürən qurum idarəçiləri hər dəfə gülünc sonluqla tənqid hədəfinə çevriliblər.

Əlbəttə, ölkə klubları arasında "Neftçi”, tarixin yaddaşına qovuşmuş "Bakı”, "Qəbələ” kimi bu mənada seçilənlər var. Ancaq sadalananlarla kifayətlənmək olmaz. Futbolun kütləviləşməsi istiqamətində görülən işlərdən dəm vuran, bu idman növü ilə məşğul olanların siyahısını açıqlamaqla işini bitmiş sayan AFFA məmurlarının bacarmadığı işi əsl futbol adamları görməli, quruma tabe olmadan ortaya "keyfiyyətli məhsullar” çıxartmağa çalışmalıdı. 

"Baku Sportinq”in direktoru Vüqar Nadirovun milli və "Qarabağ”dakı sabiq komanda yoldaşı Vaqif Cavadov da futbol dünyasından küsmədiyini yeni layihə ilə isbatladı. Nadirov kimi heç bir yerli klubdan dəvət almayan Vaqif də yerli uşaqları öz məktəbində yetişdirmək, nəyə qadir olduğunu göstərmək istədi. 
Məncə, Vaqifin "təmiz oğlan” olduğunu nəzərə alsaq, ciddi gəlir gətirməyən sahədi. Ölkəmizdə bu işə yatırım etmək şübhəsiz, həm də risk tələb edir. Azərbaycan bayrağının rənglərini özündə əks etdirən loqo hazırlatdıran, "Azleader” adı boyda vəd verən emosianal vingerin bu sahədə nə ilə yadda qalacağını böyük maraqla gözləməyə dəyər. 

Bilmək olmaz, bəlkə 5-10 il sonra millinin ən yaxşı "7 nömrə”si elə Cavadovun məktəbindən çıxacaq. Əsas inadkarlıq, çətin anlarda xarakter nümayiş etdirmək bacarığıdı.
 
Digər oyunlardakı qollarını və faydalı oyununu demirəm, Rusiya ilə Bakıdakı rəsmi duellərin hər ikisində matçın qəhrəmanı olmağa imkan tapan Cavadov bacarığını vacib anlarda ortaya qoymuş və ən əsası əsl milli oyunçu olduğunu isbatlamış fubtolçudu. Karyerasının zirvəsini tez aşması və bunun bir neçə səbəbi başqa söhbətin mövzusudu. Sözü üzə dediyinə, oyunçulardan pul yığan məşqçilərlə yola getmədiyinə görə 30-u haqlamamış kənarda qalması isə hələ tam "tükənməsi” anlamında deyil.

Əlbəttə, AFFA-dakı əcnəbipərəstlər vaqiflərə, vüqarlara, kamranlara sahib çıxacaq adamlar deyil. Xarakterlərdəki fərqlilikləri nəzərə almaq, ən azı futbolla hörmətlə vidalaşmalarına şərait yaratmaq nəciblik tələb edən məsələdirsə, bu AFFA məmurlarında yoxdu. (Nəciblik ha... Məhz nəciblik.) Hansınınsa ruhunun dərinliklərində sıxışıb qalıbsa belə, hələ ortaya çıxdığını görməmişik. Qurumun ümidinə qalmadan futbolda qalmaq yolunu seçənlərə indidən "bravo” düşür. Sonrasını zamanla görəcəyik.
 

 
Nihat Ağasoy
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

Facebookdan bizi izləməyi unutmayın.
X