"Zirə" klubu baş məşqçisi Zaur Həşimovla yolları ayırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik və Həşimov arasında görüş keçirilib. Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.
"Zirə" Həşimova göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Fanat.Az