Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, "Qarabağ", "Sumqayıt", "Keşlə" və "Zirə" iki oyunun nəticəsinə görə mərhələ adlayıb.
Finala vəsiqə uğrunda görüşlərdə "Qarabağ" "Sumqayıt"la, "Zirə" "Keşlə" ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri 21-29 apreldə oynanılacaq.