15:48 13.02.2021 682

Sənan Qurbanov: "Necə reaksiya verəcəyimi düşünməmişəm"

"Görüşə yaxşı hazırlaşmışıq. Bu, mənim Premyer Liqada "Keşlə"nin baş məşqçisi kimi ilk oyunumdur. Daha əvvəl çempionatda çalışdığımdan, məndə birinci matçıma çıxacağam deyə həyəcan yoxdur".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda "Qəbələ"yə qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.

41 yaşlı mütəxəssis bildirib ki, hazırkı iş yerində olduğu müddətdə paytaxt təmsilçisinə köməklik etmək istəyir: "Hazırkı durumdan kollektiv şəkildə çıxmaq istəyirik. İlk addımı atıb, kubokda mərhələ adlamışıq. Futbolçular məşqlərdə yaxşı çalışırlar. İnanıram ki, növbəti oyunda da uğurla çıxış edəcəyik".

2018/2019 mövsümündə "Qəbələ"yə rəhbərlik etmiş Qurbanov hazırda bütün fikirlərini paytaxt klubuna yönəltdiyini söyləyib: "Hazırkı komandamla yalnız uğur qazanmaq haqqında düşünürəm. "Qəbələ"dəki sonuncu matçımı da məhz "Keşlə"yə qarşı keçirmişdim. Futbolda belə hallar olur. Məşqçi və futbolçular müxtəlif klublarda işləyirlər. Belə təsadüf etdi ki, "Qəbələ"də sonuncu matçım "Keşlə"yə qarşı, "Keşlə"də isə ilk Premyer Liqa oyunum sabiq komandama qarşı olacaq. İndi rəqib baş məşqçisi kimi Qəbələyə yollanıram. "Keşlə"dəki işlərimiz ağır və çoxdur. "Qəbələ" isə çempionatın yaxşı futbol oynayan komandalarından biridir. İşimizə motivasiya olmuşuq".

Baş məşqçi əyalət təmsilçisindən ayrıldıqdan sonra da əlaqələrinin davam etdiyini vurğulayıb. O, keçmiş komandası üzərində qələbə təqdirində verəcəyi reaksiyadan da danışıb: "Uzun illər "Qəbələ"də işləmişəm. Rəhbərliklə də münasibətimiz var. Heç vaxt onlarla problemimiz olmayıb, bir-birimizin hörmətini saxlamışıq. Qələbə qazandıqda və ya qol vurduqda necə reaksiya verəcəyimi düşünməmişəm. Hazırda bizi "Keşlə"yə məsləhət görüblər. Bütün işlərimizi ona yönəltmişik ki, bu komandanı inkişaf etdirək. Turnir cədvəlində istənilən yerdə deyilik. Hər komanda üzərindəki qələbəmiz mənim üçün sevincdir".

Mütəxəssis qarşıdakı oyun üçün "Keşlə"də ciddi itkinin olmadığını sözlərinə əlavə edib: "Komanda məşqlərini davam etdirir. Sadəcə, gənclərdən Pərviz Azadov və Elçin Mustafayev yüngül zədə ilə bağlı individual məşqlər edirlər. Qalan hamı öz yerindədir".

Qurbanov son olaraq mövsüm ərzindəki hədəflərdən söz açıb: "Qələbə qazanmaq hər zaman xoşdur. Bacardığımız qədər qələbələrin sayını artırmaq niyyətindəyik. Mövsümün sonunda isə nəticəyə birlikdə baxacağıq. Çalışırıq ki, "Keşlə" bütün oyunlarda qələbə qazansın. Biz hər zaman növbəti oyunu fikirləşməliyik. Kubokda da "Zirə"yə rəqib olduq. Bu görüşə isə hələ iki ay var. Kubok matçlarında hər iki komandanın Premyer Liqadakı vəziyyətindən çox şey asılı olacaq. "Zirə" də çox yaxşı komandadır. Onlar istər kubokda, istərsə də çempionatda öz hədəflərini göstərirlər. Hər iki komandanı final uğrunda çətin görüşlər gözləyir".

Qeyd edək ki, fevralın 14-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X