15:05 11.03.2021 978

Elgiz Abbasov: "Digər 3 komandamız Konfrans Liqasından başlayacaq"

Azərbaycan klublarının Avroliqaya deyil, yeni yaradılan Konfrans Liqasına qatılacağı ilə bağlı yayılan informasiyalardan sonra azarkeşlərin beynində bir çox suallar yaranıb. Görəsən Konfrans Liqası nədir?  Ölkə çempionu ÇL-in təsnifat mərhələlərindən mübarizəyə başlayacaqsa, niyə avrokuboka vəsiqə əldə edən 3 klub Avroliqaya getməyəcək? Bu dəyişikliklərdən sonra Azərbaycan çempinu ÇL-in hansı raundundan mübarizəyə qoşulacaq?

Peşəkar Futbol Liqasının (PFL) Texniki-İdman Şöbəsinin rəisi Elgiz Abbasovla əlaqə saxlayıb martın 10-da qatıldığı konfransda - "Club ADVISORY PLATFORM"da (CAP) tanış olduğu yeniliklər barədə məlumat verməsini istədik.

PFL-in əməkdaşının Fanat.Az-a verdiyi açıqlama belə oldu:

"UEFA Konfrans Liqası Çempionlar Liqası və Avropa Liqasından sonra qitənin 3-cü nüfuzlu klub turniri olacaq. Məsələ artıq çoxdandır ki, müzakirə mövzusu idi və artıq bu ildən yəni, UEFA-nın 2021/2022-ci illər mövsümündən keçirilməyə başlayacaq.  Son olaraq qatıldığımız CAP-da (Club ADVISORY PLATFORM) məsələ bir daha müzakirə olunmuşdu. Hansı ki mən həmin zoom proqramı üzərindən olan konfransa Avropa Liqalarının xətti ilə qoşulmuşdum. Dünyadan ümumilikdə 35-i liqa olmaqla 37 ölkədən 303 klub ümumilikdə 490 iştirakçı burada iştirak edirdi. Bir sıra müzakirələr oldu və müzakirələrdən biri də  UEFA-nın klub liqaları üzərindən idi. 

Yəqin ki, sizi eləcə də azarkeşlərimizi maraqlandıran məqam ondan ibarətdir ki, yaydan etibarən klublarımız hansı liqalarda iştirak edəcək və mükafat fondu nə qədər olacaq. Konfrans Liqanın mükafat fondu ilə bağlı hələ rəsmi məlumat yoxdur. Çünki yarış 1-ci il keçirilir, ona görə də dəqiq rəqəm hələ ki yoxdur. 

Klublarımız başlanğıc olaraq  2021/22-ci illər mövsümündə Çempionlar Liqasında və Konfrans Liqada mübarizəyə başlayacaq. Çempionumuz reytinq əsasında 18-51-ci yerlərin çempionları ilə birgə 1-ci təsnifat mərhələsindən başlayacaq. Sonradan müvafiq olaraq nəticələr əsasında ya ÇL-də davam edə bilər, ya da Avropa Liqasında və Konfrans Liqada oynaya bilər. 

Avrokuboklarda oynamaq şansı qazanacaq digər 3 komandamız  Konfrans Liqasından mübarizəyə başlayacaq. Ölkə reytinqinə görə biz 1-ci mərhələdən azadıq. 16-31-ci yerlərin 16 kubok qalibi(Azərbaycan 26-cı yerlə bu qrupa aiddir), 16-29-cu yerlərin 14 liqa 2-cisi (Azərbaycan 26-cı yerlə bu qrupa aiddir), 14-28-ci yerlərin 15 liqa 3-cüsü (Azərbaycan 26-cı yerlə bu qrupa aiddir). Bir sözlə digər 3 komandamız  Konfrans Liqasında təmsil olunacaq.  Konfrans Liqanın ümumilikdə 8 iyulda başlaması nəzərdə tutulub ki, bizim üçün bu yarış 2-ci mərhələdən 22 iyuldan başlayacaq.  Nəzərdə tutulan odur ki, KL oyunları AL oyunları ilə eyni gündə baş tutacaq və ev-səfər prinsipi ilə keçiriləcək. 

Yarışın ilk finalı 25 May 2022 ildə Tirana şəhərinin  Arena Kombetare stadionunda  olacaq. KL qalibi növbəti mövsüm AL-in qrup mərhələsində iştirak edəcək, əgər o  öz ölkəsinin təmsilçisi kimi Çempionlar Liqasının qrupunda təmsil olunmayacaqsa.

Avropa Liqası ilə bağlı isə onu deyə bilərəm ki, yarış qruplara qədər 3-cü təsnifat mərhələsi və pley-offlardan ibarət olacaq”.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X