17:01 03.11.2022 1186

Süleymanov tarixi ilki incələdi: "Mükəmmələ yaxın idi"

Dünən Azərbaycan futbolu adına tarixi ilk reallaşdı. Çempionlar Liqasının qrup oyununu - "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya) matçını (1:1) FİFA referisi Əliyar Ağayevin başçılığı altında azərbaycanlı hakimlər briqadası idarə etdi. Futbol ictimaiyyəti və azarkeşlər tərəfindən xüsusi maraqla qarşılanan görüşdə Ağayevin və köməkçilərinin ortaya qoyduğu performans barədə beynəlxalq dərəcəli hakim Tahir Süleymanovun fikirlərini öyrəndik.

Süleymanovun Fanat.Az-a açıqlaması belə oldu:  

"Kopenhağen" - "Borussiya" qarşılaşması hakim idarəçiliyi baxımından ideal, uyğun matç kimi qəbul edilməlidir. Hər iki ölkə klubları ədalətli oyun prinsipinə hər zaman sadiq qalıb ki, bu görüş də istisna olmadı. Danimarkalı azarkeşlər çılğınlığı, öz komandalarına sonadək dəstəyi ilə seçilsə də, tribunalarda obyektiv mühit hökm sürür. Onlar üçün avrokubok matçlarını seyr etmək bir rituala çevrilir, nəticədən asılı olmayaraq, böyük futboldan zövq alır, istirahət edirlər. Belə mühitdə hakimlik etmək referilərə əlavə motivasiya verir. 

"Alman maşını" öz yerində, danimarkalılar da dinamik, sürətli oyuna üstünlük verirlər. Matçlar qarşılıqlı hücumlar şəraitində keçir, açıq futbol üstünlük təşkil edir. Bu anlamda referilərin fiziki hazırlıqları yüksək səviyyədə olmalıdır. Əliyar Ağayev 90 dəqiqə ərzində funksional göstəriciləri ilə meydanda seçilirdi. Azərbaycanlı hakimlər briqadası oyuna psixoloji olaraq çox yaxşı hazırlaşmışdılar. Hakimlərimizin ÇL-də ilk dəfə matç idarə etdikləri sezilmirdi, meydanda hərtərəfli inamlı görünürdülər. 

Oyunda  qarşılıqlı hücumlar, ikili mübarizələr yetərincə olsa da, görüş çox korrekt keçirdi ki, bu da hakimlərimizin işinə yarayırdı. Ağayev çəkinmədən, görüşün tepmini aşağı salmadan oyun üstünlüyü prinsipindən kifayət qədər və yerində istifadə edirdi. Bu da referinin özünəinamının göstəricisi idi. Epizodlara vaxtında yetişir, böyük ölçüdə, oyunu "oxumağı" bacarır, futbolçularla dialoqları yaxşı səviyyədə qururdu. Baş hakimin köməkçiləri ilə vizual, sinxron əlaqəsi mükəmmələ yaxın idi. Oyunda əsas yüklərdən biri hər iki hissədə Zeynal Zeynalovun cinahına düşürdü. Köməkçi hakimimiz yerində və dəqiq müdaxilələrlə, bir neçə epizodda obyektiv qərarları ilə Əliyara əla dəstək vermiş oldu. Referinin verdiyi qərarlar, sarı vərəqələrin dördü də yerində idi. Hətta fitin verilmə anı, səslənməsi, jestikulyasiya baş hakimin özünə son dərəcə inamının ifadəsi idi. Oyunun gedişində bəzi cüzi, xırda məqamlar oldu ki, bu da təbiidir. İstənilən görüşdə, illərin təcrübəli referilərində belə, oyunun axarına təsir etməyən xırda xətalar ola bilir. Ən önəmli məqam budur ki, Əliyar və köməkçiləri - Zeynal Zeynalov, Akif Əmirli, Kamal Umudlu öz idarəçilik bacarıqları ilə Çempionlar Liqası səviyyəsinə uyğunluqlarını nümayiş etdirdilər. Başqa sözlə,  Azərbaycan futbolu, hakimliyi adını uca tutdular. 

Təsadüfi deyil ki, dolu tribunalar qarşısında prinsipial, dinamik, sürətli, ilk dəqiqələrdən sona kimi qarşılıqlı hücumlar şəraitində keçən matçdan sonra hər iki komanda hakim idarəçiliyi adına məmnun görünürdülər.

İlk öncə bir ata kimi dəfələrlə yaşıl meydanlarda yardımçımız olmuş sabiq FİFA referisi köməkçisi Kərim Ağayevi və Əliyarın yetişməsində əməyi keçmiş hər kəsi təbrik edir, daha böyük uğurlar arzulayıram. Azərbaycan futbolu adına klublarımızın, hakimlərimizin Çempionlar Liqası qrupları həyəcanının davamı gəlsin..."

Nihat Ağasoy

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

Facebookdan bizi izləməyi unutmayın.
X