15:59 05.11.2022 2225

\"Zenit\"in azərbaycanlı yetirməsi: \"Bakıda ötürmə verməkdən çəkinirlər\"

Rusiyanın "Zenit" futbol akademiyasında çıxış edən 12 yaşlı həmyerlimiz Nail Ziyadov 10-dan çox fərdi və komanda şəklində mükafatlara layiq görülüb. Gənc futbolçuya Almaniya klubları tərəfindən də maraq göstərilib.

Hazırda Nail Bakıda atası ilə istirahətdədir. Fanat.Az olaraq fürsətdən istifadə edib gənc futbolçunun özü və atası ilə söhbətləşdik.

Nailin atası Paşa Ziyadov qeyd etdi ki, oğlunu formada saxlamaq üçün "Sabah" futbol klubunun akademiyasında qısamüddətli məşqlərə yazdırıb:

"Vətənə bir aylıq istirahətə gəlmişik. Burda dostlarla görüşüb şəhərimizi ziyarət edirik. Nailin formada qalması üçün onu müvəqqəti "Sabah"ın akademiyasına yazdırdım. Çünki qayıdanda onu vacib yarış gözləyir. Haqqında bəhs etdiyim turnir mütəmadi olaraq keçirilir. Əslində Nailin orada olmamasına görə komanda yarışa getmədi. Tanınmış futbolçu Andrey Arşavinin ilk məşqçisi Viktor Vinoqradov Nailsiz yarışa qatılmaqdan imtina etdiklərini bildirib. Biz həmin vaxt Bakıdaydıq. Növbəti turnirə qədər qayıdacağıq.

Nailin futbola gəlişi çox erkın yaşında olub. Hiperaktiv uşaq idi. Üç yaşında artıq topla oynayırdı. Özü də Neymarın fanatı idi. Elə indi də. Bu həvəsindən ilhamlanıb onu "Zenit"in akademiyasına yazdırdıq.



Nailin oyununu bəyənən bir neçə avropalı skaut olub. Almaniyada uşaqlar arasında keçirilın turnirdə "Bayern Münhen" klubunun akademiya komandası ilə oyunda onu alman mütəxəssislər xüsusu olaraq izləyirdi. Həmin qarşılaşmada "Zenit" qalib gəldi. Mənə uşaqla birlikdə Almaniyaya köçməyi təkif etdilər. Hər şeyin onlara ucuz başa gəlməsi üçün irəli sürdükləri şərtlər məni qane etmədi. Bu səbəbdən təklifdən imtina etdim.

Nail hər mövqedə oynayır. Özündən soruşsanız deyər ki, istənilən ampluada özünü rahat hiss edir. Hələlik konkret mövqeyi yoxdur. Amma qol duyumu olduğu üçün vacib oyunlarda hücumda çıxış edir".

12 yaşlı unuversal futbolçu özü də saytımıza açıqlamasında Bakıdakı uşaq futbolu ilə Rusiyadakı akademiyanı müqayisə etib:

"Burda məşqlərdə iştirak edirəm. Hər şey məni qane edir. Bu gün müşahidə etdim ki, komandada hücumçu kimi çıxış edən oyunçular daha çox ötürməsiz oynamağa üstünlük verir. Sanki yalnız özləri fərqlənmək istəyir. Azərbaycanı çox sevirəm. İstəyirəm ölkəmi layiqincə təmsil edim. Harda olmağımdan asılı olmayaraq məşqlərimdən qalmıram, hər zaman yaxşı formada olmağım üçün bu mütləqdir. Əlbəttə ki, dərslərimə də vaxt ayırıram. Çalışıram hər iki sahədə özümü doğruldum".

Emin Şəmsiyev


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da -RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

Facebookdan bizi izləməyi unutmayın.
X