Azərbaycanın iki cüdoçusu Düşənbədə (Tacikistan) keçirilən Qran-Pri turnirində finala çıxıb.
Fanat.Az xəbər verir ki, Turan Bayramov (60 kq) həlledici dueldə neytral idmançı statusu ilə çıxış edən rusiyalı Ramazan Abdullayevlə qarşılaşacaq.
Gültac Məmmədəliyevanın (52 kq) qızıl medal uğrunda rəqibi isə digər rusiyalı Alesya Kuznetsova olacaq.
Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Yaşar Nəcəfov yarımfinalda məğlub olub. O, üçüncü yer uğrunda türkmənistanlı Hekim Ağammədovla üz-üzə gələcək.
Qeyd edək ki, Qran-Priyə iyunun 4-də yekun vurulacaq.