13:18 12.03.2020 1454

"Cüdoda dəyişən nəsə yoxdu, həmin uşaqlardı yenə" - MÜSAHİBƏ

Bir dönəm Azərbaycan Cüdo Federasiyasında millini baş məşqçisinin köməkçisi  qismində çalışmış, hazırda Atilla İdman Kulubunun rəhbəri olan Fərhad Məmmədovla cüdomuzun hazırkı durumu ilə bağlı söhbətləşmək qərarına gəldik. 

- Cüdomuzda vəziyyət necədi? 
- İki il olar ki federasiyadan çıxmışam. Üç-dörd  tələbəm də var yığma komandada. Sözün açığı, dəyişən nəsə yoxdu. Həminki uşaqlardı yenə. Yuxarı yaş quruplarında dəyişiklik görmürəm.

- Qarşıdan Yay Olimpiya Oyunları gəlir...
- Bildiyimə görə 5 nəfər lisenziya qazanıb. Qızlardan da lisenziya əldə edən idmançılarımız var.

- Yeni idmançıların yetişməməsinin səbəbi nədi? Bu idman növünə maraq azalıb, yoxsa şərait yoxdu? Bir mütəxəsis kimi bu barədə nə deyə bilərsiz?
- Yox, demək olmaz ki şərait yoxdu, şərait var. Cüdoda olan şərait heç bir idman növündə yoxdu. 

- Bəlkə mütəxəssis çatışmazlığından irəli gəlir?
- Mütəxəssis var. Yeniyetmələrdə və gənclərdə nəticələri görürük. Böyüklərdə peşəkarlıq çox olduğu üçün gənclər onları keçə bilmir. Belə desək, daha doğru olar: 2012-ci il Yay Olimpiya Oyunlarından bəri nəticə qazanan hansı idmançılar idisə, yenə həmin idmançılardı.  Rüstəm, Orxan, Elmar, Nicat - bu cüdoçular yenə də öndədi. O vaxtı Hacı müəllim idi, mən idim, Ağayar idi, yəni biz idik. Uşaqlar da həmin uşaqlardı.

- Deyilənə görə Maşurenko Beynəlxalq Cüdo Federasiyasının təqdimatı ilə bu posta gətirilib...
- Vallah onu mən deyə bilmərəm, onların öz söhbətləridi, öz işləridi. Elə şeylərdən məlumatım yoxdu. 

- Son dönəmlərdə üzə çıxan idmançılar arasında medal ümidləriniz varmı?
- 60 kq-da bizim çox yaxşı idmançılarımız var. Bu çəki dərəcəsində lisenziya əldə edəcəyik, etməmək mümkün deyil. Hardasa, on-on iki idmançı düşünürəm ki, onlardan lisenziya gözləməyinə dəyər. Hansı ki, bu idmançılar dünya mükafatçıları, Avropa çempionlarıdı. 

- Yay Olimpiya Oyunları hər bir idmançı üçün əsas sınaq meydanıdı. Sizcə, ötən illərə müqayisədə bu dəfə uğurumuz daha çox olacaqmı? Nə gözləyirsiz Olimpiya Oyunlarından?
- Məncə əvvəlki nəticələr təkrarlanacaq. Yenə həminki idmançılardı, elə onlar da hazırda yaxşı formadadılar. Təbii ki, rəqiblərdən və püşkün nəticələrindən də çox şey asılı olacaq.
 
Rafael
Fanat.Az
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09:00

MPL: "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

Facebookdan bizi izləməyi unutmayın.
X