15:30 13.03.2020 2051

Cüdo federasiyasının sözdə və "google"da qalan vədləri - ARAŞDIRMA

Azərbaycanda idmana olan diqqət təqdirəlayiqdi. Bunun nəticəsidi ki, idman federasiyalarının rəhbər postlarına nazirlər, iş adamları gətirilir. Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait də belə desək, samballıdı. Ölkəmizdə AFFA- dan sonra ən çox vəsait ayrılan idman qurumu Azərbaycan Cüdo Federasiyasıdı (ACF). Bu əlbəyaxa döyüş növünə yerli idmansevərlərin xüsusi maraq göstərməsindən danışmaq isə ayrıca yazı mövzusudu. 

Yəqin ki, saytımızın sadiq oxucuları xatırlayar, bu yaxınlarda ACF-in büdcəsi ilə bağlı xəbər də yaymışdıq. Yay Olimpiya Oyunları keçirildiyi illərdə federasiyanın büdcəsi təxminən 30 milyon manat olur. 

Təəssüflə qeyd edək ki, bəzən büdcənin "şişməsi” federasiyalardakı qaraniyyətli kadrlar üçün münbit şərait yaradır. Belələri fəaliyyətə başlamadan görəcəyi işlərlə bağlı böyük vədlər verir, yaxın mətbu orqanları vasitəsilə  piar aparılır. Bu da səbəbsiz deyil. Sanki federasiya rəhbərliyinə, sponsora şirnikləşdirici ümidlər və hesabat verirmiş kimi... 

Sonda üstündən zaman keçir, vədlər unudulur. Verilən vədlərin hesabatı tələb olunmursa, icazə verin federasiya rəhbərliyindən də, sponsordan da şübhələnək.

Niyəsini də deyək... 

Təxminən 3 il əvvəl sözügedən əlbəyaxa döyüş növünə cavabdeh qurumun rəsmisi tərəfindən topluma verilən açıqlamada "Cüdo TV”nin yaradıldığı bildirildi. Hqqında söz açacağımız internet televiziyasının hazırki durumunu incələdik. Qeyd etdiyimiz idman növünü tanıtmaq məqsədi ilə yaradılan "TV” "youtube" portalının nəzdində fəaliyyət göstərir. Buna fəaliyyət demək olarsa...  Heç də az maliyyə ayrılmayan layihənin yaranma səbəbi sosial şəbəkədə yayımlar etməkdən ibarət olacaqdısa, dəbdəbəli "Cüdo TV yaradırıq” açıqlaması nəyə lazım idi? Bəs qeyd etdiyimiz "TV”nin təhlilləri, xüsusi buraxılışları, şərhləri, idmançılarla olan müsahibələri niyə gözümüzə dəymir?

Çox istərdik ki, dünyaca məşhur cüdoçularımız haqda ingilis dilində qısametrajlı videoçarxlar hazırlansın. Bu idman növünün ölkədə təbliği ilə bağlı maraqlı sosial çağırışlar olsun. Olacaqdı axı... 

Federasiya başbilənləri internet televiziyaçılığının meyarlarından xəbərsiz deyillər, hər halda. Maraqlandılarmı, ümumiyyətlə, bu qədər xərc tökdükləri "TV” nə kimi işlər görür? 

"Adobe Premiere”dən az-çox başı çıxan birinin monitor arxasına keçərək, cüdoçuların şəkillərini ard-arda düzməsi işdi? 

Bəs deyirdilər "Kanalda Azərbaycan cudo aləmində baş verən ən son xəbərlər, daxili və beynəlxalq yarışlardan canlı yayımlar, təlim-məşq toplanışlarından reportajlar təqdim olunacaq”.  Niyə olmadı? 

Ölkəmizin tanınmış cüdoçularına həsr olunan həftəlik proqramlar efirə veriləcəkdi. Niyə verilmədi?  Bəhs etdiyimiz kanalla bağlı federasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu hələ 2016-cı ildə belə bir açıqlama da vermişdi: "Cüdo TV”ni "youtube", "routube" və digər məşhur video portallarda yayımlayacağıq. Azərbaycanda fəaliyyət göstərən "myvideo.az”, "video.az”da da verlişləri, reportajları təqdim edəcəyik. Artıq test yayımında fəaliyyətə başlamışıq”. 

Hələ mətbuat xidmətinin rəhbəri işçi qüvvəsinə peşəkar işçilər də cəlb edəcəyini vurğulamışdı.  "TV”nin yaradılması, kompyüter avadanlığı  üçün birdəfəlik xərc kimi 30 min manat vəsait də ayrılmışdı. Kanalın hər ay üçün büdcəsini demirk hələ... "Cüdo TV” də  hansısa saytın "youtube" səhifəsi kimi  çalışacaqdısa, bu boyda həngamə nəyə, niyə və kimə lazım idi? 30 minlər hara getdi? Ümid edirik ki, SOCAR-ın da, Sadıq Sadıqovun da veriləcək cavabı var. Amma görünən odu ki, verilən sözlər, sözdə və "google" adlı axtarış sisteminin arxivində qaldı. Nə "Cüdo TV” var, nə də bu kanalın verlişləri.

Elçin Aslangil
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

12:46

"Liverpul" PSJ ilə danışıqlara başladı - Barkola "hə" dedi, fransızlar məbləği qaldırdı

12:27

Endrik yenə "Real Madrid"dən ayrılır?

Facebookdan bizi izləməyi unutmayın.
X