Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə” turniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın daha üç idmançısı - Rüstəm Orucov, Murad Fətiyev və Hidayət Heydərov mübarizəyə başlayıb.
Kişilər
73 kq
Rüstəm Orucov 1/16 finalda Martin Hojaka (Sloveniya) qalib gəlib. Daha sonra rusiyalı Oleq Babgoevi üstələyən Orucov yarımfinala yüksəlmək üçün erməni Karapetyanı məğlub etməli idi. Amma təəssüf ki, həmyerlimiz tatamidən məğlub ayrılıb. Buna baxmayaraq, Orucov medal qazanmaq şansını saxlayır. O, təsəlliverici görüşlərə qatılacaq.
81 kq
Murad Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) mübarizədən kənarlaşdırsa da, növbəti görüşündə Vladimir Zoloevlə bacarmayıb.
Hidayət Heydərov isə ilk görüşündə Gilyerme Şmidtə (Braziliya) uduzub.
Qeyd edək ki, "Böyük Dəbilqə”yə sabah yekun vurulacaq. Cüdoçularımız ilk günü medalsız başa vurublar.