Azərbaycanın Tokio 2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində qadın bayraqdarı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.
Üçrəngli bayrağı cüdoçu Rüstam Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova daşıyacaq.
Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar Tokio 2020-dən qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək.
Açılış mərasimi iyulun 23-də, bağlanış isə avqustun 8-də olacaq.