Rusiya cüdoçularının Beynəlxalq Cüdo Federasiyası (IJF) və Avropa Cüdo İttifaqının (EJU) bayrağı altında keçirilən yarışlarda iştirakı müvəqqəti dayandırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Rusiya Cüdo Federasiyası qərar qəbul edib.
Federasiya qərarını idmançıların yarışların keçirildiyi ölkələrə getmələri ilə bağlı yaranan çətinliklə əsaslandırıb.
Qeyd edək ki, əksər beynəlxalq federasiyalardan fərqli olaraq IJF və EJU Rusiya cüdoçularının yarışlarda iştirakına qadağa qoymayıb.