15:40 07.12.2022 539

\"Futbol tanrısı kimin yanında olsa...\" - Aslan Kərimovdan şərh

Qətərdə keçirilən dünya çempionatında artıq 1/8 final mərhələsinə yekun vurulub. 1/4 final mərhələsində Xorvatiya - Braziliya, Niderland - Argentina, Mərakeş - Portuqaliya və İngiltərə - Fransa cütlükləri qarşılaşacaq. 

Mundialın istər qrup oyunlarında, istərsə də 1/8 final mərhələsində gözlənilməz nəticələr qeydə alındı. Favoritlərdən hesab olunan Almaniya, İspaniya, Belçika kimi millilər uğursuzluqla üzləşdi. 

Fanat.Az-a danışan futbol mütəxəssisi Aslan Kərimov DÇ-2022-də 1/4 finala kimi qeydə alınan nəticələri dəyərləndirdi:

"Dünya çempionatında maraqlı və gərgin oyunlar izləyirik. Çempionatın gedişatına diqqət yetirsək, qismən bütün daşlar artıq  yerinə oturmağa başlayıb. Çünki bəlli favoritlər vardı. Qrup mərhələsi və 1/8 finalda favorit görsənən, sürpriz edən komandalar vardı. Məsələn, Səudiyyə Ərəbistanı, Mərakeş, Yaponiya, Cənubi Koreya kimi komandalar qrup mərhələsində özlərindən qat-qat güclü sayılan rəqibləri məğlub etdilər. Bu da çempionatda sürprizləri, təəccüblərinən bəzi məqamlar ortaya çıxartdı. Futbol azarkeşləri əslində düşünürdülər ki, Argentina millisini ilk oyunda məğlub edən Səubiyyə Ərəbistanı (2:1) həddindən artıq güclü rəqibdir. Amma bir oyunda qalib gəlmək əslində hər şey demək deyil. 

Yaponiya və ya Səudiyyə Ərəbistanı kimi milli komandaların nəyin hesabına qalib gəldiklərininin səbəbi sərh etsək, bir çox amil qeyd etmək olar. Fikrimcə, istər Almaniya millisinin məğlubiyyəti, istərsə də Səudiyyə Ərəbistanının qələbəsi ya rəqiblərinin bir balaca zəif çıxış etməsindən, ya da futbol tanrısının bu komandalarının yanında olmasından irəli gəldi.

Məsələn, Almaniyanın Yaponiya ilə oyunu götürək. İlk hissədə almanlar 1:0 hesabı ilə irəli olduqları halda komandada arxayınlıq yarandı ki, yenə vuracağıq, ya da matçı 1:0 qalib bitirəcəyik. Amma əks-hücumlarda yaxalanıb 1:2 hesabı ilə məğlub oldular. Ümumi götürsək, 90 dəqiqə ərzində Yaponiya millisi heç də dominant oyun nümayiş etddirməmişdi. Daşların yerinə oturmasını bu baxımdan qeyd etmişdim.

İspaniya millisinin 1/8 finalda Mərakeşə məğlub olması sensasiya hesab olunur. Və yaxud da Belçikanın, Almaniyanın qrupdan çıxa bilməməsi sürpriz nəticələrdən sayılır. Məncə, bu komandalar tipik hücumçularının olmamasına görə uğursuzluqla üzləşdilər. Baxmayaraq ki, İspaniya millisini qrupdan çıxmışdı, bu yığma keçmişdə gördüyümüz Fernan Torres, Davil Vilya kimi hücumçulara bu çempionatda sahib deyildilər. Komanda şəklində yaxşı oyun qurmağı bacaran gənc kollektivdir. Amma həlledici məqamda qol vurmağı bacaran oyunçuları yox idi. Yəni, bu mundialda tipik "9 nömrə"ləri yox idi. O cümlədən Almaniya millisinində də vəziyyət eyni idi. Almaniyada keçmişdə hər zaman tipik forvard görmüşük. Məncə, onlarda sonuncu forvard Miroslav Klozedir. Ondan sonra Almaniya seçməsində tipik forvard görməmişik. Düzdür, zaman-zaman həmin mövqeyə buraxılan futbolçular oynayırlar. Məsələn, bu dəfə həmin mövqedə Tomas Müller oynadı. Amma keçmişdə Rudi Föller, Yurgen Klisman, Kloze vardı. Komandanın oyunu yaxşı getmədiyi, dominantlıq edib qol vura bilmədikləri hallardada bu oyunçular ortaya çıxırdılar. İnanılmaz şəkildə olmayan yerdən qol vurub komandanı xilas edə bilirdilər.

Belçika millisində də Romelu Lukakunun zədəli olması komandanın oyununa ciddi təsir etdi. Həm Belçika millisinin, həm Serbiya yığmasının daxilində gedən söz-söhbətlər, fubolçuların bir-biriləri ilə o qədər də yaxın olmaması komandanın oyununa cüzi təsir edərsə, sonda bu cür turnirlərdə nəticə özünü göstərər.

Bütün bunların fonunda çempionat başlayanda Argentinanı favorit saymayanların qarşısında bu komandanın "Mən varam!" deməsi mundiala daha da maraq qatacaq.

Ümumulikdə 1/8 final mərhələsinə baxsaq, İspaniya-Mərakeş oyunundan savayı təəccübləndiyim başqa məqam olmadı. İspanların bu oyunda qalib gələcəyi gözlənilirdi. Sadəcə olaraq dediyim kimi, komandada tipik forvard olmadığı üçün Mərakeşin kompakt müdafiəsini yara bilmədilər. Belə müdafiəni yarmaq üçün cinahlarda birə-bir aldadıb keçmək lazımdır. Ki, top olan istiqamətdə say çoxluğu yaradıb rəqibi azalda biləsən. Amma bunun öhdəsindən gələ bilmədilər. Demək olar ki, oyunun çox hissəsini dominantlıq etdilər, topu özlərində saxladılar, yarmağa çalışdılar, amma hücumda təcrübə çatmadı. Sonda nə özləri qol vura bilmədi, nə də qol buraxmadılar. Penaltilər seriyasında isə kimin soyuqqanlı oyunçuları daha çoxdursa, onlar qalib gəlirlər. 
Mərakeş millisinin oyunçuları yaş etibarı ilə daha təcrübəli olduqlarına görə keçə bildilər. 

Bunu Yaponiyanın Xorvatiya ilə oyununda da gördük. Xorvatların bəxti orda gətirdi ki, ikinci hissə başlayan kimi qol vurdular. Çünki hesabı açan yaponlar sonra geriyə oturdular. Onlar əks-hücumlarda çox güclüdürlər. Xorvatları cəzalandıra bilərdilər. Amma Xorvatiyanın bəxti orda gətirdi ki, cinah ötürməsindən sonra hesabı bərabərləşdirə bildilər. Sonda da oyun 1:1 hesabı ilə başa çatdı. Ötən mundialda da penaltilər seriyasından qalib ayrılan Xorvatiya kimi təcrübəli komanda bu dəfə də penallaşmada çətinlik çəkmədi. 

1/4 finala baxsaq, Xorvatiya - Braziliya görüşü maraqlı oyunlardan biri olacaq. Mərakeş - Portuqaliya oyunu istisna olmaqla digər matçlarda şanslar 50-50-yədir. Hər hansısa millinin qalib gələcəyini vurğulaya bilmirəm. Yeganə olaraq bəlkə Mərakeş - Portuqaliya oyununda nisbətən 55-45-ə portuqalların qalib gəlmə şansları daha çoxdur. Mərakeş millisinin İspaniya qarşısında yaxşı müdafiə olunduqlarını gördük. Amma o cümlədən hücumlarda kəsərli deyildilər. Portuqaliya millisində isə texnikalı oyunçular, het-trik edən hücumçular var. Mərakeş üçün belə bir hücum xəttini yarmaq çətin olacaq. Standart vəziyyətlərdə də portuqallar pis görsənmədilər. 

Mərakeş - Portuqaliya oyunu istisna olmaqla qalan 3 oyun çor gərgin keçəcək. Əsas da İngiltərə - Fransa qarşılaşması səbirsizliklə gözlənilir. Bəlkə də bu matç dünya çempionatının ən gərgin oyunlarından birinə çevriləcək. Hər iki komanda qol vurmağı bacaran, turnirdə ən çox qol vuran komandalar sırasındadırlar. Kilian Mbappe, Harri Keyn, Usman Dembele, Fil Foden kimi oyunçulara malik olan komandaların hücum potensialı həmişə güclü olur. Məncə, ilk səhvi hansı komanda etsə, o uduzacaq. Çünki görüş səhvlərin oyunu olacaq. Hər iki komanda mükəmməl hücuma sahibdirlər. Hər iki komandanın müdafiəsi ağırdır. Hava hakimiyyətləri, ikili mübarizələrdə çox güclüdürlər.

Səhv eləmirəmsə, İngiltərə mediası yazmışdı ki, "Mbappeni durdurmaq mükün deyil. Onu yalnız Kayl Uoker saxlaya bilər". Bu, mənim üçün biraz şübhəlidir. (gülür)... Onun da artıq gənc vaxtları deyil. Çox güman ki, gərgin bir mübarizə izləyəcəyik. 

Xorvatiya ilə Braziliya oyununa gəlincə, xorvatlar hər zaman ikinci nömrə ilə oynamağı bacaran komandadır. Çox güclü komdanlara qarşı effektli olurlar. Maraqlıdır, görəsən Braziliyaya qarşı eyni oyunu göstərə biləcəklərmi? Əslində Cənubi Koreya ilə matç Braziliya üçün gözlənilən idi. Bu görüşdə Braziliyanı favorit görmək üçün futbol mütəxəssisi olmağa gərək yox idi. Bunun öhdəsindən rahat şəkildə gələ bildilər. Bəs bunu Xorvatiyaya qarşı edə biləcəklərmi? Əslində Braziliyanı indiyə qədər oynadığı bütün matçlarda o qədər də güclü rəqiblərlə qarşılaşmamışdı. İndi Xorvatiya ilə matçda Braziliyanın əsl gücünü, üstün və zəif nöqtələrini daha aydın şəkildə görəcəyik. 

Sonda yenə də qeyd edirəm ki, 1/4 finalda bizi gərgin oyunlar gözləyir. Kiminsə bir-birindən üstün olduğunu demək olmur. Hərənin öz üstün və zəif tərəfləri var. Mənim üçün bu görüşlərdə komandaların şansları 50-50-yədir. Oyun günü futbol tanrısı hansı komandanın yanında olsa, onlar qalib gələcək".  

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

Facebookdan bizi izləməyi unutmayın.
X