İngiltərəli mütəxəssis Harri Rednapp ölkəsinin yığmasının DÇ-2022-nin 1/4 final mərhələsində qarşılaşacağı Fransa seçməsinin ulduzu Kilian Mbappeni hansı futbolçunun saxlaya biləcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "The Sun" onun dediklərini belə çatdırıb:
"Mbappeni zərərsizləşdirə biləcək müdafiəçini mən seçsəydim, bu işi Kayl Uolkerə tapşırardım. Bəli, Uolker İngiltərəni yarımfinala daşıyan əsas fiqur ola bilər. Əlbəttə, İngiltərə üçün ən böyük təhlükə Mbappedir. Onunla kimsə xüsusi şəkildə mübarizə aparmalıdır və fikrimcə, Kayl bu işi görməyə qadirdir. O, həm güclü, həm də cəld futbolçudur. İstənilən rəqibin öhdəsindən gələr.
Hə, Mbappe böyük təhlükə mənbəyidir. Ancaq müdafiədə də işləyən müasir cinah oyunçusu deyil. Kilian topu itirirsə, adətən dayanır və Fransa yığmasının yenidən "mərmi"ni ələ keçirməsini gözləyir".
Nihat