İngiltərə millisinin müdafiəçisi Harri Maquayr DÇ-2022-nin 1/4 finalı çərçivəsində Fransaya qarşı keçirəcəkləri matç ərəfəsində mundialın qalibi olmağı hədəflədiklərini deyib.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu BBC-yə danışıb:
"DÇ-2018-də yarımfinala yüksəldiyimiz üçün sevinirdik. O vaxt indiki qədər inamlı deyildik. İndi isə çempion olacağımıza daha çox inanırıq. Özünəinam çox vacib şərtdir. Tam şəkildə böyük qələbəyə köklənmişik. Əlbəttə, nə dərəcədə ciddi çətinliklərlə üzləşəcəyimizin fərqindəyik. Ancaq dünya çempionu olmağı vacibliyini dərk edirik. Şübhəsiz, daha 5-6 komandanın hədəfi çempionluqdur".
Qeyd edək ki, İngiltərə Fransa ilə dekabrın 10-da üz-üzə gələcək.
Nihat