Argentina millisi ilə DÇ-2022-nin 1/4 finalına yüksələn Anxel Di Mariya mundialda üz-üzə gələcəkləri Niderlandın baş məşqçisi Lui van Qal barədə danışıb.
Fanat.Az xəbər verir ki, təcrübəli futbolçunun dediklərini "Ataque Futbolero" belə çatdırıb:
"Mançester Yunayted"dən van Qala görə ayrıldım. Rəhbərlik də bilirdi ki, onunla problemimiz var. Təsəvvür edin, 3:0 hesabı ilə qalib gəldiyimiz oyunda həm qol vurmuşdum, həm də məhsuldar ötürmə etmişdim. Van Qal isə ertəsi mənə zəng vurub hansı ötürmələrdə səhvə yol verdiyimdən danışdı... Həmin vaxt anladım ki, ən yaxşı yol "Mançester"dən rədd olmaqdır. Bəli, van Qal mənim karyeramda gördüyüm ən bərbad məşqçidir".
Nihat