Xorvatiya millisinin futbolçusu Mateo Kovaçiç qeyri-adi şəkildə xəsarət alıb.
Fanat.Az "Sky Sport"a istinadən xəbər verir ki, Braziliya ilə 1/4 final matçı ərəfəsində kameralar qarşısına çıxan 28 yaşlı yarımmüdafiəçinin üzündəki zədələr diqqət çəkib.
O, bu barədə jurnalistlərin sualına idman zalında zədələdiyini deyərək cavab verib: "Ciddi bir şey deyil, sadəcə idman zalında baş verən qəzadır".
Maraqlıdır ki, Kovaçiçin sıyrıqlarla bağlı izahatı zamanı komanda yoldaşı Deyan Lovren zarafatla: "O, yalan danışır" - deyərək, "Çelsi"nin ulduzuna sataşıb.
Qeyd edək ki, Braziliya və Xorvatiya arasında 1/4 final qarşılaşması sabah keçiriləcək.
Mirağa