“Açığını deyim ki, II təsnifat mərhələsinin komandaları arasında asan rəqib görmürəm. Hər halda, zəif komanda Çempionlar Liqasında çıxış etməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosa deyib.
50 yaşlı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsinin Azərbaycan çempionu “Neftçi” ilə oyunları haqda fikirlərini açıqlayıb: “Biz də öz növbəmizdə əlimizdən gələni edəcəyik ki, heç olmasa mərhələ adlayaq. Bütün komandamız bu matçlara köklənib. Yetirmələrim bacarığının 120 faizindən istifadə etməyə çalışacaq. “Neftçi” maliyyə baxımından bizdən çox üstündür. Lakin bu rəqib keçilməz deyil. Bakıdakı ilk oyunda nə təmiz hücum futbolu oynayacağıq, nə də müdafiədə oturacağıq. Biz çox ehtiyatla davranmalı, bütün kollektivlə oyuna motivasiya olmalıyıq. Xüsusilə müdafiə xəttində daha ehtiyatlı olmağa çalışacağıq. İmkan düşən kimi isə əks-hücumda istəyimizə çatmalıyıq”.
Qeyd edək ki, “Neftçi” və “Skenderbeu” arasında ilk oyun iyulun 17-də Bakıda keçiriləcək.
İdman24.az