Dortmund "Borussiya"sının hücumçusu Niklas Füllkruq Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, Paris təmsilçisinin qapısına vurulan yeganə qolun müəllifi fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"İnanılmaz ab-hava var idi. Burada həmişə matça 1:0 hesabı ilə öndə başladığını zənn edirsən. Bu qarşılaşmada çox dözməli olduq. Oyunun müəyyən hissələrində rəqib bizə çox təzyiq etdi. Hərçənd böyük komandalara qarşı mübarizə aparırsansa, belə hallar qaçılmazdır.
Artıq duelin ilk raundu geridə qalıb, ancaq "Uembli"dəki final üçün daha bir 90 dəqiqə var. Buna görə də möhkəm olmalıyıq".
Xatırladaq ki, tərəflərin "Park de Prens"dəki cavab qarşılaşması mayın 7-də keçiriləcək.
Nihat