Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Bakı" - "Sumqayıt" oyunundan (2:1) sonra baş məşqçilər fikirlərini bildiriblər:
Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi) “Çətin oyun oldu, komandadan narazı deyiləm. Çünki “Neftçi” ilə oyundan qaynaqlanan yorğunluq hiss edilirdi. Həmin oyunda bütün güclərini sərf etmişdilər".
Milinko Pantiç (“Bakı”nın baş məşqçisi): “Çətin oyun olmasına baxmayaraq üstün tərəf biz idik. Oyunçularımdan razıyam, o zaman narazı olardım ki, hücum olmazdı, üstün oynamazdılar. Ən azından arxayınam ki, qışdan sonra da oynayacağıq. Birinci qol onların səhvi olsa da, ikinci qolu vurduq. Qələbə münasibətilə komandamı təbrik edirəm”.
Fanat.az