AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin Flavinyonun cəzasını yüngülləşdirməsinə Qurban Qurbanovun münasibətini dərc etmişdik. Məlumat üçün xatırladaq ki, "Qarabağ"ın baş məşqçisi AFFA-nın qərarından narazılıq etmişdi: "Əgər vurulan qol ləğv edilmirsə, cəzalanan futbolçu bağışlanmamalıdı. Flavinyo ilə bağlı qərarı eşidəndə təəccüblənmədim, çünki, bunu gözləyirdim".
Qurbanovun açıqlamasına "Neftçi"nin baş məşqçisi Nazim Süleymanov cavab verib. Süleymanov Fanat.az-a açıqlamasında bunları deyib: "Birincisi qırmızı vərəqə ləğv olunmayıb. Ləğv olunsaydı, Flavinyo elə "İnter"lə oyunda 3 dəqiqə sonra meydana dönərdi. Futbolçumuza qırmızı vərəqə verilib və o, buna görə "Sumqayıt"la oyunda bizə kömək edə bilməyib. Apellyasiya və Ekspert Komitəsinin qərarı isə haqq-ədalətin bərpasıdı. Qurban Qurbanova böyük hörmətim var. Onu da qeyd edim ki, sabah "Qarabağ"ın aparıcı futbolçularından Reynaldo, Riçard və başqaları eyni halla üzləşsə, biz "Neftçi" klubu, futbol mütəxəssisi, baş məşqçi olaraq bu qərarı yalnız alqışlaya bilərik".
Fanat.az