"Sumqayıt" daha bir futbolçusu ilə vidalaşıb. Fanat.az xəbər verir ki, transferə çıxarılan Vüqar Əsgərov və müqaviləsini qarşılıqlı razılıq əsasında pozub, karyerasını bitirən Zaur Həşimovun ardından daha bir futbolçu ilə əməkdaşlıq ləğv olunub.
Belə ki, hücumçu Sabir Allahquliyev artıq "Sumqayıt"a məxsus deyil. Məlumatı klub prezidenti Kamran Quliyev də təsdiqləyib. Quliyev bildirib ki, formada olmayan oyunçu ilə qarşılıqlı razılıq əsasında əməkdaşlığa xitam verilib.
Futbol11.az