DÇ-2022-nin yarımfinalında Argentinaya böyük hesabla məğlub olan (0:3) Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç yığmadakı fəaliyyətini davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə o, yerli HRT kanalına danışıb.
"Bu mundial bəlkə də böyük nəslin sonu oldu. Bəzi oyunçular müəyyən yaşa çatıb və növbəti DÇ-də - 2026-cı ildə millidə olmaya bilər. Deməliyəm ki, bizim əla komandamız var. Bəzi yaşlı oyunçular yalnız Avropa çempionatından sonra vidalaşacaqlar. Milli komandanı çalışdırmağa davam edəcəyəm. Müqaviləmin müddəti 2024-cü ildə başa çatır. Hələ ki, Millətlər Liqası və AÇ-nin seçmə mərhələ oyunları var. Məqsədim Xorvatiyanı AÇ-2024-ə çıxarmaqdır”.
Qeyd edək ki, Xorvatiyaya qalib gələn Argentina ilk finalçı olub. Onun həlledici oyundakı rəqibi bu gecə, Fransa - Mərakeş oyununda müəyyənləşəcək. Final qarşılaşması dekabrın 18-də keçiriləcək
Mirağa