Dekabrın 18-də baş tutacaq DÇ-2022-nin finalı Lionel Messinin mundialda son oyunu olacaq.
Fanat.Az xəbər verir ki, argentinalı ulduz bunu "Ole"yə müsahibəsində açıqlayıb.
35 yaşlı hücumçu dünyanın bir nömrəli turnirini qalib kimi tərk etmək istədiyini deyib:
“Finalda olduğumuz üçün çox şadam. Dünya kuboku səyahətimi finalda son bir oyunla başa vurmaq istəyirəm. İnsanların emosiyaları, Argentinada hər kəsin bundan həzz alması əladır.
Bəli, bu, mundialda son matçım olacaq. Növbəti turnirə qədər uzun illər keçəcək və mən o vaxt oynayacağımı düşünmürəm. Sonluq üçün finalda qalib olmaqdan daha yaxşı yol yoxdur”.
Xatırladırıq ki, Messi Almaniya (2006), Cənubi Afrika (2010), Braziliya (2014), Rusiya (2018) və hazırda davam edən Qətərdəki (2022) dünya çempionatlarında çıxış etsə də, qalib olmayıb. Onun hesabında 11 qol və 8 məhsuldar ötürmə var.
Mirağa